اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Çarli Çaplin haqqında gizli sənədlər - o casus imiş?

Yayım Tarixi: 17.02.2012 14:00
Həyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Britaniya xüsusi xidməti məşhur aktyorun dosyesini hazırlayıbmış

Britaniyanın M15 əks kəşfiyyat agentliyi kinoaktyor kommunizmə simpatiyada şübhəli bilinən Çarli Çaplinlə bağlı dosyeni açıqlayıb. Fevralın 17-dən bu işlə Böyük Britaniyanın Milli Arxivində tanış olmaq mümkündür. Məlumatda qeyd edilir ki, London Çaplini Federal Təhqiqat Bürosunun xahişi ilə izləyib. Belə ki, Amerika xüsusi xidmət orqanları aktyorun ABŞ-a gəlməsini qadağan etmək istəyirdilər.

Onları hətta Çaplinin SSRİ və Avropa kommunistləri ilə əlaqələri maraqlandırırdı. M15-in sənədlərində Çaplinin kommunizm lehinə bir sıra fikirləri öz əksini tapır. Belə ki, o, 1940-cı ildə bəyan edib ki, “kommunizmdə yaxşı şey çoxdur”. Bundan əlavə, aktyoru kinoaktryor və sovet cəsusu Ayvar Monteqyu ilə əlaqədə də şübhəli bilirdilər. Monteqyu bir dəfə Çaplinə vurduğu teleqramda qeyd edirdi ki, onu Londona səfəri zamanı görə bilmədiyindən peşmandır.

FTX-nin xahişi ilə Britaniya kəşfiyyatı Çaplinin şəxsi həyatı ilə bağlı bir neçə məsələni də araşdırıb. Amerikalılar belə güman edirdilər ki, Çaplin Londonda yox, Fransada anadan olub və onun əsl adı İsrail Tornşteyndir. Amma bu versiya təsdiq olunmayıb. M15-in mütəxəssislərinin uzun illər apardıqları izləmə nəticəsində belə qənaətə gəliblər ki, Çaplinin ölkənin təhlükəsizliyi ilə bağlı heç bir hərəkəti olmayıb. \modern.az\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Elxan
17.02.2012 15:47
Bismillah!
Salamun eleykum. Menim sizin sayta boyuk hormetim var, amma bele xeberler neye lazim ozude sual formasinda olan bawliqlarla, bu kimi iwleri daha cox dunyavi saytlar reytinq ucun edir. sizin kimi seviyyeli saytlarda bele bawliqli xeberler menim fikrimce olmamalidir twk!
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768