3 polis öldürülüb, 6-sı yaralanıb
Çeçenistan və Dağıstan Respublikalarının inzibati sərhədində terrorçu qruplaşmaların üzvləri ilə təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Atışma nəticəsində 3 polis əməkdaşının öldüyü, 6-nın isə yaralandığı bildirilir.
"İnterfax" agentliyinin məlumatına görə, polislər silahlı qruplaşma üzvlərini ötən gecə meşə massivində aşkarlayıb və onları təqib edib, bundan sonra atışma başlayıb.Ekstremistlərin təqib edilməsi bu gün səhərədək dayandırılsa da, bu səhər Çeçenistan-Dağıstan sərhədinə əlavə polis qüvvələri cəlb edilib.
islamazeri.az