اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Çobanın 1 kilo qızılını apardılar

Yayım Tarixi: 14.02.2012 15:46
Hadisə
Yazı ölçüsü: büyüt küçült         

haber
Ağsu rayonunda oğurluq hadisəsi baş verib

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Maşadqanlı kənd sakini 1975-ci il təvəllüdlü Vahidov Vasif Yusif oğlu şikayət ərizəsi ilə müraciət edib. 

Çobanlıqla məşğul olan kənd sakini bildirib ki, evdə olmadığı vaxt naməlum şəxs mənzilə daxil olaraq ümumi dəyəri 20 min manat təşkil edən və çəkisi 1 kiloqrama yaxın qızıl əşyalarını oğurlayıb.

Polis dərhal araşdırmalara başlayıb. Məlum olub ki, həqiqətən də belə bir hadisə baş verib. Müəyyən edilib ki, evdən çəkisi 900 qram olan qədim qızıl-zinət əşyaları, 485 manat və 100 dollar pul oğurlanıb. Kürdəmir rayonunun Muradxanlı kəndində bir sahibkara məxsus mal-qara fermasında çoban işləyən Vasif Vahidov yanvar ayının 12-də evinə gəlib və mənzilinin qapısındakı qıfılı sınıq, evdəki əşyaları isə dağılmış vəziyyətdə görüb. Çoban bildirib ki, oğurlanan qızıl-zinət əşyaları ona babasından qalıb.

Polis hazırda oğurluq etmiş şəxs və ya şəxsləri axtarır. Hadisəni V.Vahidovu tanıyan birisi tərəfindən törədilməsi ehtimal edilir. Faktla əlaqədar araşdırma aparılır.


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768