Botoks etdirən qadınlara alimlərdən pis xəbər...
İngilis mütəxəssislər, botoks etdirən qadınların 10 il sonra ağrı və infeksiya ilə mübarizə aparmalı olacqlarını hətta bu yeridilən maddənin çıxarılmasının belə işə yaramayacağını açıqlayıb. İngiltərənin ən çox oxunan qəzetlərindən “The Times”, üzdə olan qırışların qarşısını almaq üçün edilən estetik əməliyyatların insan sağlamlığına mənfi təsir etdiyini bildirib. Ölkədə aparılan araşdırmaların nəticəsi kimi, qəzet bir çox estetik cərrahların və gözəllik mərkəzlərinin zərərli vasitələrdən istifadə etdiyini yazıb. Mütəxəssislərə görə botoksun yan təsirləri təxminən 10 il sonra ortaya çıxır. Yan təsirlər arasında infeksiya və ağrılar da vardır.
Plastik cərrahiyyə mütəxəssisi Barry Jones "Qalıcı dolğular uzun müddət qaldıqdan sonra bədənə zərər verir. İnfeksiyalara səbəb olur və insanı narahat edir. Əgər bu dolguları çıxartmaq üçün əməliyyat olunsanız belə bir irəliləyiş olmayacaq. Əksinə, sağlamlığınızı daha da pisləşdirəcəksiniz. Bu problemə çox təəssüf ki hələ bir cavab yoxdur" deyə bildirib. Sonda bir daha yazmaq istəyirəm ki, Botoks mimika əzələlərini iflic edərək qırışıqlıqları yox edir.
islamazeri.az