اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Ölkədə telefonların “İMEİ” kodları yoxlanır

Yayım Tarixi: 13.02.2012 12:57
Texnologiya
Yazı ölçüsü: büyüt küçült         

haber
Fevral ayından etibarən Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların “İMEİ” kodlarının monitorinqinə başlanılıb

“İMEİ” kodların monitorinqi ölkəyə qeyri-leqal idxal olunan və ölkənin mobil rabitə şəbəkələrində istifadə edilən mobil cihazları üzə çıxarmağa imkan verəcək.

Bu barədə İslamazeri.az-a İKT İnformasiya Mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, monitorinq nəticəsində saxta “İMEİ” kodları olan mobil cihazlar da aşkar olunacaq: ”Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Monitorinq Nazirlər Kabinetinin “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 28 dekabr 2011-ci il tarixli qərarına əsasən həyata keçirilir”.  Monitorinq yerli mobil şəbəkələrin sim-kartları quraşdırılmış sim-kart mobil telefonlar, smartfonlar, planşet kompüterlər (məs. iPad) arasında aparılır: ”Mobil rabitə şəbəkəsi vasitəsilə aparılan monitorinq Azərbaycanda istifadədə olan bütün mobil cihazları əhatə edir”. 

Qyed edək ki, “İMEİ” - mobil cihaz üçün tək və bənzərsiz olaraq təsis edilmiş beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrədir.  Mobil rabitə şəbəkəsində istənilən zaman kəsiyində istifadə olunan (hətta bir saniyə belə) hər bir mobil cihazın “İMEİ” kodunu texniki olaraq monitorinq etmək və həmin mobil cihazın istifadəsini məhdudlaşdırmaq olar. 


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768