17-ci əsrin böyük Türk səyyahı Övliya Çələbinin itmiş xəritəsi Səudiyyə Ərəbistanıda tapılıb
İslamazeri.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Mərmərə Universitetinin tarix fakültəsinin Professoru Zekeriya Güll və qrupunun aşkarladığı xəritədə Çələbinin Dəclə-Fərat çayları arasında olan bölgəni və Yuxarı Mesopotamiyanı çəkdiyi bildirilir.17-ci əsrdə yaşadığı dövr ərzində gəzib gördüyü yerlərin mədəniyyətini tarixi və coğrafiyası haqqında əldə etdiyi məlumatları “Səyahətnamə” adlı böyük əsərində toplayan məşhur səyyahın Vatikan kitabxanasında olan və Misirə səfəri zamanı çəkdiyi düşünülən 6 metrlik Nil Xəritəsi ikinci böyük əsəri olaraq qəbul edilirdi.
Lakin Mərmərə Universitetinin müəllimi Prof Dr. Zekeriya Güllə və araşdırma qrupu, məşhur səyyahın itkin olduğunu bilinən və Hicaz yolunda çəkdiyi xəritəni aşkar etmək qərarına gəlir. Övliya Çələbinin Hicaz gəzintisində son dayanacağı olan Məkkə və Mədinə bölgəsində olduğu məlumatını alan qrup araşdırmalarını davam etdirmək üzrə Səudiyyə Ərəbistanına gedir və uzun araşdırmalardan sonra xəritəni tapırlar.Qeyd edək ki, UNESCO doğumunun 400-cü ili münasibəti ilə 2011-ci ili “Övliya Çələbi” ili elan edib.
islamazeri.az