Yaradanın bəxş etdiyi əmanət olan vücudumuzu sağlam saxlamaq üçün ilk növbədə özümüz özümüzün həkimi olmalıyıq
Boynunuzdakı ağrıları müalicə etmək üçün qələmi dişlərininizin arasına qoyun və əlifbadakı bütün hərfləri A-dan Z-yə kimi hamısını havada yazmağa çalışın.
Yeməkdən sonra mədədə narahatçılığın qarşısını almaq üçün hər yeməkdən sonra bir-iki dilim banan yemək çox faydalıdır.
Möhkəm və ağ dişlər, sağlam damaq, təravətli nəfəs üçün dəniz duzunu 1çay qaşığı ilıq suya töküb, hər səhər qarqara edin.
Bu həm dişlərinizi möhkəm, bəyaz saxlayacaq, həm də sizi qrip və boğaz ağrısından qoruyacaq.
Əsəbləri sakitləşdirmək üçün ən təbii vasitə ispanaq və vəzərini ət maşınından keçirib, hər gün onun suyundan 2 xörək qaşığı qəbul etməkdir. Bu əsəbləri ən gərgin vəziyyətdə olan insanları belə hirslənməkdən qoruyur.
islamazeri.az