BBC Dünya Xidmətinin 23 ölkədə 11 min adam arasında apardığı tədqiqat göstərir ki, dünyada işsizlik ən sürətlə artan narahatlıqdır
Dünya Danışır (The World Speaks) adlı illik sorğuda insanlara narahatlıq doğuran məsələlərin siyahısı verilib və ötən ay ərzində dostları və ya ailəsilə hansını müzakirə etdikləri soruşulub.
Korrupsiya və yoxsulluq yenə də siyahının yuxarısında yer tutub, işsizlik isə rəyi soruşulanların 18 faizinin ən çox narahatlıq keçirdiyi məsələ olub.
Bu rəqəm, 2009-cu ildə ilk dəfə sorğu aparılandan bəri 6 dəfə artıb.
Səsverməni Globescan şirkəti keçirib.
Narahatlığın artması sorğunun keçirildiyi bütün ölkələrdə müşahidə olunub. Korrupsiya isə barəsində ən çox danışılan qlobal narahatlıq olub.
Rəyi soruşulanların dördə birə yaxın hissəsi korrupsiya mövzusunu ötən dörd həftə ərzində müzakirə edib.
Gənc işsizlərDaha sonra isə yoxsulluq gəlir. Hər beş nəfərdən biri bu mövzu barədə yaxınlarda danışıblar.
İnflyasiya, yüksək yemək və enerji qiymətləri də işsizlik kimi 18 faiz respondentin narahat olduğu məsələdir.
İşsizliyə dair narahatlıqlar ölkələrə görə fərqlənir.
Siyahının başında İspaniya gəlir, rəy verənlərin 54 faizi işsizlik mövzusunu yaxınlarda müzakirə etdiklərini deyiblər. BBC-nin daha öncə apardığı sorğuya nisbətdə bu, İspaniyada işsizlik mövzusunda üçdə bir dəfə artım deməkdir.
Qana, Meksika, Nigeriya və Türkiyə və digər ölkələrdə də işsizlik mövzusu xüsusi narahatlıq doğurub.
İş yerlərinin olmamasına dair narahatlıqların hazırkı iqtisadi böhranla izah etsələr də, bu barədə bir müəyyənlik yoxdur
2009-cu ildə dərc olunmuş ilk illik sorğu daha böyük qlobal iqtisadi çaxnaşma - ABŞ-ın Lehman Brothers investisiya bankının iflasa uğraması ilə təsadüfən üst-üstə düşmüşdü və o zaman da eyni narahatlıqlar vardı.
Regional fərqlərSon nəticələr insanların narahatlıqlarının ölkələrə görə fərqləndiyini aşkar edib.
Varlı və inkişaf etmiş ABŞ, Fransa və Yaponiyada dünya iqtisadiyyatının vəziyyəti ən çox müzakirə olunan mövzudur.
Türkiyə, Nigeriya, Hindistan, İndoneziya və Peruda isə korrupsiya daha çox narahatlıq doğurur.
Rusiya, Çin, Kenya və Filippində yemək və enerji qiymətləri ən çox müzakirə olunan mövzudur.
Latın Amerikasında isə cinayət və zorakılıq insanları daha çox narahat edən mövzulardır.
islamazeri.az