Nəhayət, o, xəstə olduğu halda onu boş bir yerə (sahilə) atdıq. Onun başı üstündə balqabaq tağı bitirdik. ( Saffat; 145-146 )
1800 il əvvəl yaşamış Berqamalı məşhur həkim Qalen və 800 il əvvəl yaşamış Hüseyn əbu Əli İbni Sina, balqabağın şəfa verən xüsusiyyətlərini kitablarında bir çox dəfə izah etmişlər.
İbni Sinanın kitabı indiyə qədər tibb alimlərinin stolüstü kitabıdır. O, "Əl Qanun"-da balqabaq haqqında geniş şəkildə yazmış, düzgün istifadə edilərsə bu bitkinin bir çox xəstəliklərin ən yaxşı dərmanı olduğunu bildirmişdi.
İbn Sinanın Quran əsasında bu möcüzəvi tərəvəzlə xüsusilə Xərçəng xəstələrini sağaltması barədə çoxlu tarixi sənədlər tapılmışdır.
Bir çox xroniki degeneratif xəstəliyə, erkən yaşlanmağa, Alzeymerə, və Xərçəngə qarşı qoruyucudur.
Həmçinin siqaret çəkənlərin ağciyər xərçənginə tutulma riskini azaldır.
Lifi bol bir tərəvəzdir. Bağırsaq tənbəlliyinə, qan şəkərini salıcı xüsusiyyəti olduğu üçün şəkər xəstəliyinə də xeyirlidir.
Pəhriz saxlayanların balqabağı yeməsində qorxu yoxdur; çünki kalorisi olduqca aşağıdir.
Minerallar baxımından zəngin olan balgabağı bir kiçik qab yediyinizdə, bədəndəki A vitamini ehtiyacının 25 faizini, C vitamini ehtiyacının 10 faizini ödəmiş olursunuz.
Yüksək miqdarda kalium ehtiva edir və ürək xəstəliyi riskini azaldıcı antioksidanlara malikdir.
İflicə səbəb olan damar tıxanıqlığını önləməyə köməkçi olur.
Bədənin infeksiyalarla mübarizəsini təmin edir.
Çiy olaraq salatlara rəndələnilib istifada edilə bilən balgabaq, bədəni təmizləyir, sinirləri sakitləşdirir.
Balqabaq tumu, mineralların mükəmməl bir qaynağıdır. Prostat problemi, Sonsuzluq və hormonal disbalans, Sidik sistemindəki pozuntu, iltihablanma, Sümük əriməsi olan kəslər üçün əvəzedilməzdir.
islamazeri.az