اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İdeal çəkini necə hesablamalı ?

Yayım Tarixi: 17.02.2012 11:35
Ailə
Yazı ölçüsü: büyüt küçült         

haber
Qadının boyu və çəkisi:

Bu gün əksər qadınları normal çəkinin düzgün hesablanması problemi düşündürür.
Bu, təkcə qadının özünün cazibəli görünmək istəyi ilə bağlı deyil, həm də onun sağlamlığı ilə əlaqədardır.
Doğrudan da, artıq çəki estetik görünmür, ancaq bu, əsas amil deyil.Artıq çəki kosmetik problemdən çox tibbi problemdir.
Artıq piylənmə ürək-damar sisteminə düşən yükü artırır və hətta onu zədələyir.
Qanda dövr edən yağ molekulları qan damarlarının divarlarını içəridən dağıdır və orada çöküntü əmələ gətirir.
Bu da qan dövranını çətinləşdirir. Yağın çoxluğu ürəyə, başqa daxili orqanlara təsir edir, onları zəiflədir və normal fəaliyyətinə mane olur. Beləliklə, qadının normal çəkisi təkçə xarici görünüşünün üstünlüyü deyil, həm də sağlamlığın vacib amilidir.

Qadının ideal çəkisini necə hesablamalı ? 
Bunun üçün bir neçə üsul mövcuddur. Ən çox yayılan üsul Brok metodudur.
Bu metod 100 il bundan qabaq təklif olunsa da, indiyə qədər öz aktuallığını itirməyib. Öz boy ölçünüzdən 100 sm çıxın – bu, sizin normal çəkiniz sayılır.
Məsələn, 160 sm boyu olan qadının çəkisi 60 kq-dırsa, bu, norma sayılır.

Çəkinin ideal hesablanmasının daha bir populyar metodu – Ketle indeksi və ya bədən çəkisinin indeksi (BÇİ) metodudur.

Bu metod qadının boyunu və çəkisini hesaba alır və daha dəqiq sayılır. Özünüzün BÇİ-nizi tapmaq üçün boyun (metrlə ifadə olunan şəkildə) kvadratını taparaq çəkinizin kq-nı alınan nəticəyə bölün. Məsələn: 1,6 metr boyu olan və çəkisi 60 kq olan qadında BÇİ = 60:(1,6x1,6) = 23,44. Özünüzün bədən çəkisi indeksinizi tapın və nəticəni bu cədvəllə müqayisə edin.

     BÇİ                                        Nəticə
 < 16,5                           Bədən çəkisinin defisiti
16,5 – 18,5                     Normadan aşağı çəki, bədənin çəkisisinin çatışmaması
18,5 – 24,5                     Normal çəki
  25 – 30                         Artıq çəki
  30 – 35                         Piylənmənin 1-ci mərhələsi
  35 – 40                         Piylənmənin 2-ci mərhələsi 
 > 40                              Piylənmənin 3-ci mərhələs

Ekspertlər belə hesab edirlər ki, dəqiq diaqnostika üçün çəkinin ölçüsünün təyin edilməsi kifayət sayılmır.
İş ondadır ki, bədənin çəkisi əzələ və yağ çəkisinin cəmindən ibarət olur.
Öz çəkiniz haqqında dəqiq məlumat almaq üçün orqanizminizdə yağın faiz nisbətini bilmək lazımdır.
Qadın üçün normal yağ çəkisi bədənin ümumi çəkisinin 18–25 faizi həcmində hesab olunur.

Ev şəraitində özünün yağ çəkisini təyin etmək üçün bir çox üsullar mövcuddur. Ən sadə üsul çimdikləmək testidir. Bunu təyin etmək üçün əlinizi dirsək nahiyəsindən bir az qatlayaraq belinizə qoyun. Sonra qolunuzu 2–3 sm yuxarı qaldıraraq dəri büküşlərindən tutun. Barmaqlarınızı açmadan dərini buraxın və barmaqların arasındakı məsafəni ölçün. Əgər bu ölçü 2,5 sm-i keçirsə demək artıq yağ yığımları mövcuddur.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768