اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İkinci “Mona Lisa” rəsmi tapılıb

Yayım Tarixi: 02.02.2012 13:15
Hadisə
Yazı ölçüsü: büyüt küçült         

haber
İspaniyanın Prado Muzeyində Leonardo Da Vinci ilə eyni dövrdə çəkilmiş ikinci bir Mona Lisa portreti tapılıb

İslamazeri.az-ın “AA”-ya istinadən verdiyi xəbərə görə, Madridin sənət muzeyi Pradoda, Leonardo da Vinçinin dünya tərəfindən məşhur Mona Lisa portretinin eyni dövrdə çəkilmiş bir bənzəri kəşf edilib. İtalyan rəssamın şagirdi tərəfindən eyni rəsm emalatxanasında çəkilən portretin kəşfi sənət dünyasında həyəcana səbəb olub.

Prado Muzeyi mütəxəssislərinin aylar sürən araşdırmaları nəticəsində ortaya çıxartdığı Mona Lisanın ilk olaraq XVI və XVII əsrdən qalmış sürət olduğu zənn edilmişdi. Da Vinçinin şagirdlərindən olan Andrea Salai və ya Francesco Melzi tərəfindən çəkildiyi güman edilən portretin orijinallığı isə Fransanın Luvr Muzeyi mütəxəssisləri tərəfindən qəbul edilib.

'La Gioconda' olaraq da bilinən portret 1503-1506-ci il tarixlərində çəkilmiş və Florensiyalı bir parça taciri Francesco del Giocondonun arvadı olan Lisa Gherardiniyi təsviridir.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768