اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

"İlahi, bütün xəstələrə şəfa ver"

Yayım Tarixi: 06.08.2011 13:10
Mərhəmət
Yazı ölçüsü: büyüt küçült         

Dörd yaşlı Fatimə haqqında xəbər vermişdik. Artıq Mübarək Ramazan ayının ilk günlərində bu balaca balaya yardım edənlərin sayı artır.

İslamazeri.az internet qəzetinin redaksiyasına gələn Fatimənin atası Abuzər Məhərrəmov bu barədə müsahibə verib.

O bütün müsəlmanları Mübarək Ramazan ayının gəlişi münasibətilə tərbik edərək deyib: "Bismillahir, Rəhmanir, Rəhim. Allahdan istəyirəm bizim günahlarımızın üstündən qələmi əfv çəksin. O gün olsun işğal altında olan torpaqlarımız azad edilsin. Mən Fatimənin atası olaraq mənim qızıma yardım göstərən bütün mömin və müsəlmanlara öz təşəkkürümü bildirirəm. Həmd olsun Allaha ki, müsəlman xalqımız bizim səsimizi eşidib, yardım etməkdədirlər. Bu günə kimi Fatimənin müalicəsi üçün Allahın köməyi ilə 2550 manat və 1500 dollar yardım edilib. Ümidvaram ki, səxavətli mömin və müsəlmanlar yardım edən qardaşlarımız kimi bizə bu xeyirli əməllərilə kömək edəcəklər. Necə ki, bu gözəl ayın dualarında buyurulur: "Allahuməkşif kulli məriz - İlahi, bütün xəstələrə şəfa ver". Bir daha bütün müsəlmanlara mənim bu balaca balamın müalicəsində vasitəçi olmağı xahiş edirəm".

Qeyd edək ki, balaca Fatimə nə danışa, nə də eşidə bilir. Onun 4 yaşı var. Fatimənin müalicə olunması üçün 30000 ABŞ dolları miqdarında vəsait tələb olunur. Lakin valideynlərinin maddi durumu buna imkan vermir. Fatimənin müalicəsi 5 yaşına kimi aparıla bilər. 5 yaşından sonra isə müalicə faydasız olacaqdır. Yəni müalicə üçün 1 il vaxt qalır.Odur ki, valideynləri balaca Fatimənin öz həmyaşıdları kimi normal həyat sürməsi, ata-anasının səsini eşitməsi üçün insanlığı unutmayan, qəlbində sevgi, şəfqət və mərhəmət hissi olan insanlardan komək istəyirlər. 

Fatimənin valideyinləri ilə bir-başa əlaqə saxlamaq üçün: 0195-5-39-77, 050-388-12-68, 070-388-12-68QEYD:

YARDIM EDƏN ŞƏXSLƏR İSLAM-AZERİ.AZ-A XƏBƏR VERSİNLƏR

infoislamazeri@gmail.com


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768