اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İmam Hüseynin (ə) Aşura günündəki çıxışı

Yayım Tarixi: 06.12.2011 17:15
Din
Yazı ölçüsü: büyüt küçült         

haber
«Ey mənim böyük və dəyərli əshabım! Qalxın döyüş vaxtıdır!»

Hüseyn (ə) fəryad edirdi: «Ey dünya əhli! Bilin ki, müharibəni mən başlamadım və qılınca birinci mən əl atmadım. Cinayətkarlar nəslindən olan Yezid adlı bir murdar məni iki şeydən birini seçməyə vadar etdi: ya qılınc çəkib dinimi və şərəfimi müdafiə etməli, ya da zillət və alçaqlığa boyun əyməliydim. Amma bilirsiniz ki, zillət və təslim olmaq bizdən çox-çox uzaqdır. Mən zalımlara qarşı döyüşmək məcburiyyətindəyəm».

Daha sonra həzrət Hüseyn (ə) Yezidin əsgərlərinin qarşısına çıxıb onlara xitab edərək buyurdu: «Mənimlə döyüşüb məni öldürməyiniz din və dünyanızın xeyrinə deyildir. Әgər müharibə etmək istəyirisinizsə, yaxşı olardı ki, bir şura təşkil edib orada iştirak edənlərdən soruşasınız ki, kim «Peyğəmbərin övladı ilə döyüşün» - deyir və hansı azğın və bədbəxt məni öldürməkdə sizinlə əməkdaşlıq etməyə hazırdır. İraqın valisi Mərcanənin oğlu (İbni Ziyad) murdar və iqtidar dalınca olan bir kişidir. O, sizi bədbəxt etmək istəyir. Mən bilirəm ki, mənim şəhadətimdən sonra peşman olub bir-birinizi qınayacaqsınız. Elə buna görə də müharibəyə başlamazdan əvvəl görmək istədiyiniz işin haqqında düşünün. Bilin ki, mənim arxamda Allah durub və mən heç nədən qorxmuram. Mən babamdan belə buyurduğunu eşitmişəm: «Dünya kafirlərə cənnət, möminlərə isə zindandır». Ölüm bizim üçün şəhadət başlanğıcı, sizin üçün isə bədbəxtliyin əvvəlidir. Bu dünya ilə o biri dünyanın arasında bir körpü vardır ki, o da ölümdür. Әgər siz müharibə etsəniz, biz də öz əshab və övladlarımızla müdafiə etməyə başlayacağıq. Әgər qələbə çalsaq, bizim üçün təzə bir şey deyildir; əgər öldürülsək, dünya bilir ki, biz məğlub olmamışıq. Ay yazıqlar! Bilici adamlar çalışırlar ki, yolu azmamaq üçün özlərinə bir çıraq tapsınlar. Mən bu ümmətin çırağıyam. Siz isə öz çırağınızı söndürmək istəyirsiniz. Kiminlə döyüşdüyünüzü bilirsinizmi? Siz mənimlə deyil, Allah və Peyğəmbəri (s) ilə döyüşürsünüz».

Həzrət Hüseynin sözlərindən sonra düşmən qoşununda qarmaqarışıqlıq yarandı. Müharibə istəyənlər gördülər ki, əgər müharibəyə başlamasalar, Hüseyn (ə) öz sözləri ilə onların ordusunu hərəkətə gətirib bütün planlarını puça çıxaracaqdır. Elə buna görə də müharibəni başlamaq əmrini verdilər.

Hüseyn (ə) isə belə dedi: «Ey mənim böyük və dəyərli əshabım! Qalxın döyüş vaxtıdır!»
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Mesume
07.12.2011 19:33

Huseyn(e)Ne aglayan gozler qiyamet gunu aglamaz insALLAH
Shelale
07.12.2011 12:44

Chox sag olun,ALLAH razi olsun. Bu canim sene feda olsun Ya Huseyn ə. ALLAHın lənəti olsun o qılınca ki sənin bashini uzub,lənət olsun o qılınci tutan ələ,lənət olsun o əlin sahibi yezidçiyə,Lənət olsun yezidə. Sən kainatın sönməyən çırağısan Ya Hüseyin ə. ALLAH biz aşiqləri sənin yanında qərar versin,inşəALLAH...
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768