İranın İmdad Komitəsi azərbaycanlı qaçqın ailələrinə 4 ton ət paylayıb
İranın İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vasitəsilə Qurban bayramı münasibətilə Azərbaycanın 5 bölgəsində yaşayan və Qarabağ münaqişəsinin nəticəsində qaçqın düşmüş ailələrə 4 ton qurban əti paylayıb.
Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat veririlib. Məlumatda bildirilir ki, İmam Xomeyni adına İmdad Komitəsinin Bakıdakı nümayəndəliyi hər il müxtəlif vaxtlarda Qarabağ münaqişəsi nəticəsində qaçqın düşmüş ailələrə yardım kampaniyaları təşkil edir.
islamazeri.az