İslamazeri.az günün hədisini təqdim edir
Allahın Peyğəmbəri (s) buyurur:«Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılarlar.»
İmam Sadiq (ə) buyurur:«Həqiqətən bu işin sahibi (imam Zaman) qeybə çəkilər. Həmin zamanda dini saxlamaq dəvətikanını əl ilə yuxarıdan aşağı qopartmaqdan da asan olar.» O Həzrət sonra bir az sükut etdi və buyurdu:«Həqiqətən bu işin sahibi qeybə çəkiləcək. Odur ki, gərək bəndə Allahdan qorxsun və öz dinindən yapışsın.»
(Mizanul-Hikmət)
islamazeri.az