اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İmkanlı şəxslərin nəzərinə: Vüqar Feyzullaya yardım edin

Yayım Tarixi: 30.01.2012 18:37
Mərhəmət
Yazı ölçüsü: büyüt küçült         

haber
İslamazeri.az-ın "Mərhəmət" rubrikasına yeni müraciət daxil olub

Müraciəti olduğu kimi təqdim edirik:

Vüqar Feyzulla, 1986-cı ildə dünyaya gəlib. DİA-nın məzunudur. Mühasib/Auditor kimi çalışıb. Çox istedadlı gənc və gözəl insandır. Nadir və ağır xəstəliyə düçar olub. Vaskulit-damar iltihabı. Bu xəstəlik onu taqətdən salıb, böyrəklərini sıradan çıxarıb, orqanizmi və bədən quruluşuna ağır təsir edib. Böyrəklərinin ikisi də fəaliyyətini itirib. Üstəlik ürəyinə infeksiya düşüb. Buna görə hal-hazırda böyrək köçürülməsi mümkün deyil. Ancaq müalicədən sonra köçürmə labüddür.

Bütün bu prosesə təqribən 50 000 AZN-dən artıq məbləğ tələb olunur. Bu ağır, amma ümidli yoldur. Bu yolda sizdən ricamız köməyinizi əsirgəməyin. Məbləğ azdır ya çoxdur deməyin. Hər birinizin rolu əvəzolunmazdır. Tam həll edəcək fərdi gücümüz yoxdur. Vüqarın ona dəstək olacaq yeganə insanı atasıdır. Onun imkanları tam tükənib.

Bizim kiçik güclər də ancaq birləşəndə böyük dayaq olur. Dualarınızı əsirgəməyin. Maddi köməyi nəğd ya köçürmə yolu ilə edə bilərsiniz:

Manat (AZN) Hesabi: FEYZULLAYEV NIZAMI TAMIRAZ OGLU
Hesablaşma Hesabı 44256690-3801-AZN
“Dəmir Bank” ASC-nin Xəzər Filialı: 
KOD 503110
VÖEN 9900001471
M/H 0137010011944
SWIFT AZERAZ 22

Avro (Euro) Hesab: FEYZULLAYEV NIZAMI TAMIRAZ OGLU
Corre! sp. Inte. Bank. SWIFT: RZBAATWW RAIFFEISEN ZENTRALBANK OESTERREICH, VIENNA, AUSTRIA,
55.050.751
SWIFT: AZERAZ22XXX
“DemirBank” Khazar Branch, M.Mammadkhan st.92, Baku, Azerbaijan
44256869-3811-EUR

Nəğd pul vermək istəyənlər əlaqə saxlasın:
Leyla Əmirova 050 509 40 50 (Elmlər metrosu yaxınlığı)
Saida Ocaqverdiyeva 050 357 64 67 (H. Eliyev sarayı qarşısı)
Abbas Abbasov 070 750 51 41 (28 May, Sahil)
Zarifa Abbasova 050 321 51 41 (Nerimanov m-su, İcherisheher m-su)
Narmin Axundova 050 235 19 70 (Sahil, 28 May )
Ravana Hashimova 055 215 64 67
Gün ərzində əlaqə saxlayıb vaxt təyin edə bilərsiniz. Öncədən bütün olmuş və olacaq yardımlara görə təşəkkürümüzü bildiririk.

İlkin tarix 5 Fevraldır. Ümid edirik bu zamanadək lazımi məbləğ təmin olunacaq.

Vüqar Feyzullanın xəstəliyinə qoyulan diaqnozun sənədlərinə baxmaq üçün bura daxil olaraq yükləyin.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768