اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İmkansız gənclər üçün pulsuz ingilis dili kursları

Yayım Tarixi: 29.12.2011 10:59
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Müraciətlərin çoxluğu layihənin seçim mərhələsinin müddətini uzanmağına səbəb oldu

Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatı olan Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin həyata keçirtdiyi imkansız gənclər üçün pulsuz ingilis dili kursları layihəsinin seçim mərhələsi artıq yekunlaşdı.

Bu barədə birliyin sədri Anar Xəlilov məlumat verib. Bu layihənin əsas məqsədi imkansız tələbələr və köçkün ailələrdən olan gənclərin ingilis dilinə yiyələnmələri üçün müvafiq şərait yaratmaq idi. Müraciətlərin çoxluğu layihənin seçim mərhələsinin müddətini uzanmağına səbəb oldu.

Artıq Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi "Smart SN Corporation" LLC dəstəyi seçim mərhələsindən sonra bu layihənin icrasına başlayıb.

Həmçinin "Smart SN Corporation" LLC –də öz köməkliyini bu gənclərdən əsirgəmədi. Bu layihədə iştirak edib, lakin müəyyən səbəblərdən ödənişsiz ingilis dili kurslarında iştirak edə bilməyən gənclər də diqqətdən kənar qalmamaq üçün "Smart SN Corporation" LLC kursun ödənişini 50 % endirərək bu ingilis dilinə tələbatın artdığı bir dövrdə kurslardan yararlanmaq üçün gənclərə böyük şərait yaratmış oldu.

Seçim üç mərhələdən ibarət oldu. Bu seçim mərhələlərində bu gənclərin arasında savadlı , işgüzar gənclərə ictimai mühitdə özlərini sınamaqlarına şərait yaradılacaq. Ümid edilir ki, seçilən gənclərə özlərini tanıtmaqları , uğur qazanmaları üçün bu layihə bir addım olacaqdır.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768