Bu, son 3 ayda təsadüf olunan üçüncü ölüm hadisəsidir”
Bu günlərdə İndoneziyanın paytaxtı Cakartada quş qripinə yoluxma səbəbindən daha bir insan dünyasını dəyişib.
Nazirliyin nümayəndəsi deyib ki, “Cakartanın 24 yaşlı sakinində H5N1 virusu aşkar edilib. Bu, son 3 ayda təsadüf olunan üçüncü ölüm hadisəsidir”.
Səhiyyə nazirinin müavini Tiyandra Yoqa Aditama isə belə məlumat verib: “Ölən insanın analizinin nəticəsi təsdiq edir ki, o, quş qripinə yoluxmuşdur”. Sonra Aditama aydınlaşdırmışdır: “
Bu gənc, çox güman ki, quş qripi virusu H5N1-ə öz həyətində saxladığı ev quşları ilə kontakt zamanı yoluxmuşdur. Bİz orada olan bütün quşlardan qan və toxuma nümunəsi götürmüşük və laboratoriyaya tədqiqat üçün göndərmişik, analizlərin cavabı quşların virusa yoluxub yoluxmamasını üzə çıxaracaq”.
“The Jakarta Post” qəzeti yazır ki, gənc oğlan quş qripinin müalicəsi sahəsində ixtisaslaşdırılmış xəstəxananın ona yardım göstərməkdən imtina etməsindən sonra ölmüşdür. Aydın olmuşdur ki, cavan oğlanın ailəsi ev göyərçinlərini həyətdə saxlayıblar.İndoneziya 2003–cü ildən 2011–ci ilə qədər quş qripi virusundan güclü ziyan görüb. Bu müddət ərzində Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, həmin ölkədə bu xəstəlikdən 150 ölüm hadisəsi qeydə alınıb.
Ötən ilin oktyabr ayında ikisi uşaq olmaqla 9 İndoneziya sakini bu virusdan Bali adasında ölmüşdü.
Mekonq Delta fermasında bir neçə quşun ölü tapılmasından sonra Vyetnam hökuməti 2500 cücənin məhv edilməsinə qərar verib. Virus adətən quşlarla birbaşa əlaqə nəticəsində insana keçir. Lakin ekspertlər qorxurlar ki, virus şəklini dəyişərək insandan insana da asanlıqla keçə bilər və bu yolla milyonlarla insanın həyatına son qoya bilər.
islamazeri.az