Nazirlik informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası ilə məşğul olan strukturların lisenziyalaşdırılması məsələsini nəzərdən keçirir
İslamazeriaz-ın ictinews.az-a istinadən verdiyi məlumata görə, mərkəzin yaradılması cari ildə planlaşdırılıb.
Mərkəzin vəzifələrinə şəbəkə infrastrukturlarının vəziyyətinin izlənilməsi, yeni təhlükələrin əmələ gəlməsi haqqında məlumatlandırma və onlara qarşı mübarizə tədbirləri, informasiya təhlükəsizliyinin pozulması halı ilə üzləşən təşkilatlara təcili kömək və s. daxildir.
Qeyd edək ki, nazirlik informasiya təhlükəsizliyi sisteminin inteqrasiyası ilə məşğul olan strukturların lisenziyalaşdırılması məsələsini nəzərdən keçirir. İnformasiya təhlükəsizliyinin təmin edilməsi məsələsi hazırda aktualdır və Azərbaycanda bu sahədə hələlik müəyyən boşluqlar mövcuddur. Hesab edilir ki, informasiya təhlükəsizliyi sisteminin, habelə informasiya resurslarının (saytlar) inteqrasiyası ilə sertifikatlaşdırılmış şirkətlər məşğul olmalıdırlar.
Bu istiqamətdə əsas addım təşkilati məsələlər, normativ-hüquqi bazanın hazırlanması və texniki məsələlərin həll edilməsidir.
islamazeri.az