اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

"İnsanlıq ölməyib" deyənlər üçün

Yayım Tarixi: 10.02.2012 19:15
Mərhəmət
Yazı ölçüsü: büyüt küçült         

haber
"SEVGİ, ŞƏFQƏT VƏ MƏRHƏMƏT İNSANLIĞIN MƏHƏK DAŞIDIR" (Həzrəti Məhəmməd s.)

İslamazeri.az-ın "Mərhəmət" rubrikasına yeni müraciət daxil olub.
Müraciətdə deyilir ki, Abdullazadə Pərvin 1994 təvəllüdlüdür.
O, hal hazırda İnfeksion-Hepatit sonrası yaranmış Sirroz diaqnozu ilə yataq şəraitindədir.
Xəstəliyin səbəbi çox güman ki, doğum evində yoluxmuş olduğu Hepatit B və sonradan qoşulmuş Hepatit D ( bu infeksiyaların nəticəsində uşaq yaşlarında qara ciyər sirrozu ve splenomeqaliya əmələ gəlmiş və 2003 cü ildə Splenoektomiya olunmuş)
Hər iki infeksiyanın olması uşağın vəziyətini daha da müalicə üçün səmərəsiz edir.
Və xəstəlik müddətinin erkən başlaması keçirdiyi əməliyyatlar Pərvini fiziki cəhətdən həmişə zəif və qüsurlu edib.

Valideynləri deyir ki, biz hal hazırda möcüzəyə ümid edərək dərman müalicəsi almağa davam edirik.
Amma həm Bakıdakı həm də Türkiyədə Memorial xəstəxanasında bizi konsultasiya edən həkimlərin rəyinə görə Qara Ciyər Transplantasiyası Əməliyyatı olunmalıdır.
Bu əməliyyat olunmadan yaşaması yəqin ki, uzun sürməz.
Amma bu vəsait bir orta azərbaycanlı ailəsinin ödəyə bilməyəcəyi qədər böyük məbləğdir və mənim ailəmin malik olduğu hər şeyi satacağı təqdirdə belə bu məbləği əldə etməmiz mümkün olmur.
Biz əslində daha ucuz və daha az vəsait tələb edən xəstəxanaları da araşdırmışıq.
Amma Pərvinin Splenoektomiya olunması və fiziki cəhətdən bu qədər zəif olması bizi qorxudur və bu səbəbdəndir ki, daha yaxşı daha professional ve təcrübəsi daha çox olan klinikaya və mütəxəssislərə müraciət etmək məcburiyyətində qaldıq.

Məbləğ: Bakıda 50.000 (AZN)
Memorialda 115.000 ($)-dır.

Pərvinin Qara Ciyər Transplantasiyası Əməliyyatı üçün ona donor qara ciyəri lazımdır. Aparılan muayinədən sonra məlum olmuşdur ki, ona anası donorluq edə bilər.  Yəni artıq qalır transplantasiya əməliyyatı üçün lazım olan məbləğ.
Manat (AZN) Hesabi:

ABDULLAYEV LƏTİF XƏLİL OGLU
“Azərbaycan Beynəlxalq Bankı” Mətbuat şöbəsi:
KOD 805562
VÖEN 99000018811
M/H 0137010002944
SWIFT İBAZAZ2X
Muştərinin hesabı: 33801019443137656216

Nəğd pul vermək istəyənlər əlaqə saxlasın:
Ev: (012) 433-43-40
Xəlil Abdullayev: (055) 617-50-96; (050) 423-23-56
Pərvin Abdullazadə: (055) 311-23-77
Lətif Abdullayev: (050; 055; 070) 325-97-94

Gün ərzində əlaqə saxlayıb vaxt təyin edə bilərsiniz.
Öncədən bütün olmuş və olacaq yardımlara görə təşəkkürümüzü bildiririk.
islamazeri.az




Foto




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768