اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

"İnsanları ruhən və fiziki cəhətdən heç bir iz buraxmadan yox edirlər"

Yayım Tarixi: 13.02.2012 16:07
Həyat
Yazı ölçüsü: büyüt küçült         

haber
10 ildir Guantanamo həbsxanasında olan məhbusun dəhşət dolu məktubları

Səudiyyə Ərəbistanında doğulan, İngiltərə vətəndaşı Şakir Amer, 24 noyabr 2001-ci ildə Əfqanıstanın Cəlalabad şəhərində tutulmuş, 14 Fevral 2002-ci ildə Guantanamo həbsxanasına göndərilmişdi. Bu günə qədər, heç bir məhkəmə olmadan Guantanamoda saxlanılan 4 uşaq atası, Amer, ən kiçik uşağını heç görə bilməyib.   İslamazeri.az-ın verdiyi xəbərə görə, İngiltərənin “Independent” qəzeti, Guantanamoya göndərilməsinin 10-cu ildönümündə Amerin həbsxanadan göndərdiyi məktubları nəşr edib.  

"MƏNƏ KÖHNƏ ÜSULLARLA İŞGƏNCƏ EDİN..."

  Məktubların birində o belə yazır:

"Lütfən mənə köhnə üsullarla işgəncə edin. Burada insanları ruhən və fiziki cəhətdən heç bir iz buraxmadan yox edirlər".  

Amerin yazdıqları İngiltərə gündəmini qarışdırıb. Uşaqlarının təsirlənməməsi üçün, yalnız bəzi hissəsi dərc olunan məktublar Guantanamoda baş verənləri  ortaya çıxarır.  

"SAÇLARIM TÖKÜLDÜ, ÜRƏYİM SIXILIR"  

19 Avqust 2002  

"41 yaşdayam... amma fiziki olaraq 50 yaşında kimiyəm. Oynaqlarım ağrıyır, böyrəklərimdə problem var, eşitmə və görmədə çətinlik çəkirəm, saçlarım töküldü və ürəyim sıxılır."  

 "YAŞLANDIM, AMMA ZEHNİM GÜCLÜ"  

9 Avqust 2008  

"Çox çəki itirdim, çox xəstəliyim var, gözlərim yaxşı görmür və sümüklərim ağrıyır. Bəli saçlarım ağardı, bəli yaşlandım amma ürəyim hələ gənc və zehnim heç olmadığı qədər güclüdür."  

ÇƏKİSİ 68 KİLO AZALDI

2008-ci ildə məhbusu ziyarət edən bir vəkil, ötən müddət ərzində müvəkkilinin 68 kilo arıqladığını açıqlayıb. 


islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768