Mütəxəssislərin fikrincə bu "Foxconn"dakı çətin iş şəraitinə etiraz cavabıdır və işçi problemləri davam etdikcə belə hücumlar təkrarlana bilər
iPhone və iPad-lərin istehsal olunduğu və Çində yerləşən dünyanın ən böyük fabriklərindən biri olan "Foxconn" dünən hakerlərin hücumuna məruz qalıb.
Şirkətlə bağlı bir sıra məlumatlar internetə sızdırılıb.
Hücumun arxasında çətin iş şəraitinə etiraz edən işçilərin olduğu güman edilir.
Qeyd edək ki, bu fabrik dünyada daha çox işçi intiharları ilə yadda qalırvə buna görə də "İntiharçılar şirkəti" adlandırılır.
Ötən illərdə Foxconn fabrikinin işçiləri arasında ardıcıl intiharlar baş vermişdi.
"SwaggSec" adlı haker qrupu tərəfindən ələ keçirilən şifrə və e-poçt məlumatları internetdə yayımlanıb, ələ keçirilən məlumatlar içərisində Foxconn CEO-su Terry Gounun da məlumatları var.
Bir sıra mütəxəssislərin fikrincə bu "Foxconn"dakı çətin iş şəraitinə etiraz cavabıdır və işçi problemləri davam etdikcə belə hücumlar təkrarlana bilər.
islamazeri.az