Təyyarə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələri tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib
İran ələ keçirdiyi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini bu gün paytaxt Tehran şəhərində, Azadlıq meydanında islam inqilabının 33-cü ildönümü münasibətilə keçirilən təntənəli bayram mərasimində nümayiş etdirib.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələri tərəfindən təmir edilərək işlək vəziyyətə gətirilib.
Xatırladaq ki, ötən il dekabrın 4-də İran Silahlı Qüvvələri ölkənin şərqində, Əfqanıstan sərhədindən təxminən 225 km içəridə, Kəşmar şəhəri yaxınlığında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə məxsus “RQ-170” tipli pilotsuz casus təyyarəsini ələ keçirib.
Bir müddət sonra İran dövlət televiziyası təyyarənin videogörüntüsünü nümayiş etdirib.
ABŞ prezidenti Barak Obama İrandan təyyarəni geri qaytarmağı tələb edib.
islamazeri.az