Fələstin məsələsi İran üçün olduqca önəmlidir və İsraillə mübarizədə İran Fələstinə hər zaman dəstək olacaq
Bu barədə İslam İnqilabının Ali dini lideri Seyyid Əli Xamenei bəyan edib. Fələstinin Baş naziri İsmayıl Haniyə ilə baş tutmuş görüş zamanı Ayətullah düşmən fitnələri qarşısında həmişə ayıqlıq göstərməyin vacib olduğunu qeyd edib.
İsmayıl Haniyəni qəbul edən İran Prezidenti Mahmud Əhmədinejad bildirib ki, sionist rejimə müqavimət göstərmək Fələstinin azad edilməsinin yeganə çıxış yoludur.
Prezident deyib: "İnsanlıq bu gün çox çətin bir dövrünü yaşayır və Qərb təcavüzkarlığına qarşı Fələstinin müqavimət göstərməsi vacibdir".
Haniyə isə ölkə rəhbərliyini Məhəmməd peyğəmbərin mövludu və İran İslam İnqilabının 33-cü ildönümü münasibəti ilə təbrik edərək bildirib ki, İranın Fələstinə göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
O bildirib ki, Fələstin xalqı İran xalqından mənəvi dəstək alır və İslam Respublikası, Livan və Fələstin hərəkatlarının müqavimətində əsas rol oynayır. \salamnews\
islamazeri.az