“Yaxın gələcəkdə Ərak ağır su reaktoru da yanacaqla təmin ediləcək və bu reaktordan da faydalanacağıq”
“Biz başqa ölkələrə 20 faizlik zənginləşdirilmiş uran ixrac etməyə hazırıq. Çünki artıq 20 faizlik uranı zənginləşdirmək üçün texnologiyaya sahib ölkəyik”. Bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Feridun Abbasi-Davani jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, belə bir qiymətli məhsula ehtiyac duyan ölkələr İranla müqavilə bağlayıb Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarəti alında ala bilər”. F. Abbasi-Davani deyib ki, İranın bu gün reaktorların ehtiyacı olan yanacaq növlərinin istehsalı baxımından hər hansı bir problemi yoxdur: “Yaxın gələcəkdə Ərak ağır su reaktoru da yanacaqla təmin ediləcək və bu reaktordan da faydalanacağıq”. \apa\
islamazeri.az