اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İran filmi ABŞ-da ən yaxşı xarici film sayılıb

Yayım Tarixi: 04.12.2011 00:57
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Rejissor Asqar Farhadinin "Nader və Siminin boşanması" filmi nominasiya alıb

ABŞ kinotənqidçilərinin fikrincə, 2011-ci ilin ən yaxşı filmi "3D vaxtının qoruyucusu" (Hugo), onu çəkən Martin Skorseze isə ən yaxşı rejissor sayılıb. ANS PRESS "OpenSpace"ə istinadən bildirir ki, "Xələflər" (The Descendants) filmində çəkilmiş Corc Kluni və Şeylin Vudli ikinci planda çəkilmiş ən yaxşı aktyor və aktrisa sayılıblar. Bu filmin süjeti üzərində işləyən komanda isə "Ən yaxşı uyğunlaşdırılmış ssenari" nominasiyasında qalib olub. "Kevinə nəsə olub" (We Need to Talk About Kevin) filmində tənha ana rolunu oynayan Tilda Suintonu kinotənqidçilər ilin ən yaxşı aktrisası sayılıb. "Məndə xərçəng var" (50/50) filminə ssenari yazmış və filmdəki rollardan birin oynayan Uill Rayzer ən yaxşı orjinal ssenari müəllifi və ən yaxşı arxa plan aktyoru sayılıb. "İlin sıçrayışı" isə eyni zamanda iki aktrisa sayılıb: "Dəli kimi" (Like Crazy) filmində çəkilmiş Felisiti Jons və "Əjdaha döyməli qız" (The Girl with the Dragon Tattoo) filmindən Runi Mara olublar. Ən yaxşı rejissor debütü isə Jey Si Çendorun "Riskin həddi" (Margin Call) filmi sayılıb. Ən yaxşı aktyor ansamblı yığmış film isə "Qulluqçu" (The Help) sayılıb. Ən yaxşı xarici film isə İran rejissoru Asqar Farhadinin "Nader və Siminin boşanması" (Jodaeiye Nader az Simin) filmi sayılıb.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768