İran daxilində istehsal olunan preparatların əhəmiyyətindən biri də onların texnologiyası və pasiyentlər üçün ucuz başa gəlməsidir
İslamazeri.az İnternet Qəzetinin "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, İran alimləri astma və xərçəng xəstəlikləri də daxil olmaqla bir sıra xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan 6 dərman preparatının tərkib hissələrinin istehsalına başlayıb.
İran daxilində istehsal olunan preparatların əhəmiyyətindən biri də onların texnologiyası və pasiyentlər üçün ucuz başa gəlməsidir.
Misal üçün, daxildə istehsal olunan preparatların birinin qiyməti xaricdən gətirilən preparatın qiymətinin 30 faizi dəyərindədir.
Bu dərman preparatlarının daxildə istehsalı 16 milyon dollara başa gələcək və beləliklə hər il 49 milyon dollara qənaət ediləcək.
Bu dərman preparatlarının təqdimat mərasimində İran prezidenti Mahmud Əhmədinejad da iştirak edib.
Qeyd edək ki, bu cür dərman preparatları az sayda ölkələr tərəfindən istehsal olunur.
İslam Respubkikasında aparılan tibbi araşdırmalar üçün nəzərdə tutulmuş yeni nanotexnoloji labaratoriyanın rəhbəri Məhəmməd Əli Ərdəbili isə bildirb ki, İranda belə daxili inkişafın səbəblərindən biri də xarici sanksiyalardır. Bu sanksiyalar İslam Respublikasını daha ciddi-cəhdlə öz bütün tələbatlarını daxildən ödəməyə və yeni nəaliyyətlərə sövq edir.
islamazeri.az