İranının bütün şəhərlərində İslam İnqilabının 33-cü ildönümü münasibəti ilə mitinqlər keçirilir. Trend-in məlumatına görə, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, mitinqlər eyni vaxtda İranın 818 şəhər, qəsəbəsində və 4 min kəndində keçirilir.
Mitinqlər, eləcədə, paytaxt Tehranda geniş miqyasda keçirilir. Paytaxtın 10 xiyabanından mitinq iştirakçıları Azadlıq meydanına tərəf yürüş edirlər. Mitinqlərdə "İstiqlal, Azadi, Cumhureyi İslami", "Amerikaya ölüm", "İsrailə ölüm", "İngilis imperializminə ölüm" kimi şüarlar səsləndirilir.
Paytaxtdakı mitinq sonunda qətnamə oxunacaq və İran Prezidenti Mahmud Əhmədinejad və "Həmas" təşkilatının lideri İsmail Haniyə çıxış edəcəklər.
Qeyd edək ki, Hər il İran İslam inqilabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevralın 1-dən 11-dək qeyd olunacaq.