اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İrandan Avropaya rəsmi xəbərdarlıq

Yayım Tarixi: 15.02.2012 16:40
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
İran Avropa İttifaqı üzvü olan 6 ölkəyə neft ixracını dayandırır

Bu barədə İranın Press TV kanalı xəbər verib. Bu gün səhər İranın Xarici İşlər Nazirliyi altı Avropa ölkəsi səfirini dəvət edərək onlarla Aİ-nin Tehrana qarşı sanksiyalarını, xüsusilə də İran neftinin idxalı məsələsini müzakirə etmişdi. Bu barədə İran mediası və səfirliklər xəbər vermişdi.

Fransa, İtaliya, İspaniya, Hollandiya, Yunanıstan və Portuqaliya səfirləri nazirliyin Qərbi Avropa departamentinin rəhbəri Həsən Taciklə danışmaq üçün çağrılmışdı.

Bu barədə rəsmi İRNA agentliyi xəbər vermişdi.İRNA agentliyi deyib ki, Fransa, İtaliya və İspaniya diplomatları cənab Taciklə bundan əvvəl də görüşüblər.

Səfirliklərdən biri Frans Press agentliyinə deyib ki, müzakirələr Aİ-nin yanvarın 16-da İran neftinin ixracına qadağa qoyacağına dair bəyanatı ilə bağlı olub. Diplomatın sözlərinə görə, görüşdə İran rəsmisi bu qadağanın Aİ iqtisadiyyatına zərbə vura biləcəyini deyib.

Qeyd edək ki, İran Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük neft istehsalçısıdır. Ölkə hər gün 3.5 milyon barel neft istehsal edir və onun 2.5 milyonunu ixrac edir. İxracatın 20 faizə yaxını Aİ ölkələrinə, o cümlədən İtaliya, İspaniya və Yunanıstana gedir. \BBC Azərbycan\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768