İmam Huseyn(ə) və onun qardaşı Həzrəti Əbülfəzl Abbasın (ə) mübarək ziyarətgahları olan Kərbəla şəhərinə daxil olduq
İran-İraq sərhəddiİraqda olmadığım üçün bu ölkədəki müqəddəs ziyarətgahları və məscidləri ziyarət etmək və bu ölkədəki atmosferi araşdırmaq üçün bu ziyarət səfəri mənim üçün mühüm idi. İran sərhəddindən keçdikdən sonra İraq polislərinin yoxlamasından sonra ABŞ Ordusu tərəfindən əl izlərimizin alınması və foto şəkilimizin çəkilməsi, hətta filmlərdə seyr etdiyim kimi amerikan əsgələrinin üzərimizi axtarması məndə təəssüf hissindən başqa bir təəssürat buraxmadı.İraqın daxilinə doğru irəlilədikdə isə polislərin çoxluğu müşahidə edilirdi.
KərbəlaBəli nəhayət 20-ə yaxın nəzarət postunu keçdikdən sonra İmam Huseyn(ə) və onun qardaşı Həzrəti Əbülfəzl Abbasın (ə) mübarək ziyarətgahları olan Kərbəla şəhərinə daxil olduq. Mənəvi əhval ruhiyyəsinin yüksək olduğu ziyarətgahlardan qıraqda bu təəssüratların olduğunu demək çətin olsada, tarixi haqq ilə batil qoşununun döyüşünün məhs bu torpaqlarda olması bizə yuxu kimi görünürdü. Burada da ziyarət ədəbləri, İslam Peyğəmbərinin sünnətinə uyğun dua və əməllər ziyarət təşkilatçılarının nəzarəti ilə icra edilirdi.
Cip avtomobillərinin üzərində Rusiya istehsalı olan Pulemyot və nişancısı ən çox diqqət çəkən səhnələrdən biri idi. Mehdi Ordusunun tamamilə Seyyid Müqtəda Sədrin göstərişi ilə silahı qoyub fəaliyyətini dondurmasına baxmayaraq Sədr ailəsinin üzvlərinin şəkilləri olan böyük tabloların hələ də yığışdırılmaması məndə bəzi suallar meydana gətirdi. Sədr hərəkatına yaxın olan Sədr məktəbinin müəllimlərindən biri ilə qısa söhbətimdən sonra bu sualıma cavab tapa bildim. Sədr ailəsinin İraqda çox böyük nüfuzu vardır. Kərküklü müəllimin dediyinə görə Seyyid Müqtəda Sədrin bir göstərişi ilə 4-5 milyon bəzən 10 milyon nəfər mitinqlər və ya bayram həmçinin yas günlərində iştirak üçün küçələrə tökülürsə, bir sözü ilə yenə silaha sarılıb müqavimət edə bilər. Lakin böyük İslam alimi İraqın tanınmış ruhanisi Ayətullah Sistaninin xüsusi tapşırığı ilə Mehdi Ordusunun fəaliyyətini donduran Müqtəda Sədr bu addımı məhs İslam Alimlərinə olan itaət və hörməti ilə əlaqələndirmişdi. Bu baxımdan da Müqtəda Sədrin bu addımından sonra Mehdi Ordusunun 15 min döyüşçüsü İraqın Daxili və Müdafiə nazirliyinin tabeçiliyinə keçərək müqəddəs bölgələri əvvəlki kimi qara uni formada deyil məhs bu nazirliklərin geyimlərində qorumasına səbəb olub. Kərküklü Məhəmməd Həmzənin bildirdiyinə görə Sədrin bir əmri ilə bu silahlı şəxslər yenidən Mehdi Ordusunun missiyasını yerinə yetirəcək dərəcədə Sədr qrupuna bağlıdırlar. Ancaq onun sözlərinə görə Müqtəda Sədrin buna ehtiyacı olmayacaq çünki artıq əvvəlki vəziyyət hökm sürmür. Məhəmməd Həmzə həmçinin söhbətində Sədr qrupundan bələdiyyə seçkilərindən sonra Baş nazir Nuri Əl Maliki ilə Sədr qrupunun razılığının olduğunu, şəhər və kəndlərin idarəçiliyini birlikdə idarə edilməsinə başladığını bildirib.
NəcəfBir neçə gün sonra İmam Əlinin ziyarətgahı olan Nəcəf şəhərinə daxil olduq. Yenə də çox etaplı yoxlamalar, yenə də maskalı polislər, rus istehsalı olan pulemyotlu cip avtomobillər... Birinci İmamın ziyarətgahı ata qəbuluna girəcək məsuliyyətli bir səhnə. Gözər yaşlı, əllər göyə qaldırılmış. Ya Əli Ya Əli kəlmələri ilə gözəl ziyarətgaha daxil olduq. Namaz və dua, həmçinin ziyarət ədəblərini yerinə yetirdik.
Kərbəladan çoxda fərqlənməyən Nəcəf şəhərində İmam Əli (ə)ziyarətgahından 20 metr aralıda İslam aləminin böyük alimlərindən olan mərcei təqlid müctehidlərindən olan Ayətullah Sistaninin ofisi yerləşir. Görüş üçün müracət etsəkdə, İraqın yüksək rütbəli məmurları o cümlədən İraqıb baş nazirinin onun görüşünə gəlməsi istəyimizin reallaşmasına mane oldu.
Ayətullah Sistaninin İraqdakı nüfuzu isə həddən artıq çoxdur. İraqın baş naziri və prezidentinin hər həftə onun yanına gələrək görüş alması və bəzi qərarları onunla məsləhətdən sonra verməsi də buna misaldır.
SamirraDigər səfərimiz İmam Əliyyən Nəqi (ə) və İmam Həsən Əsgərinin (ə) ziyarəgahları olan Samirra şəhərinə oldu. Həddən artıq polis nəzarətindən keçdikdən sonra ziyarətgaha daxil olduq. İki dəfə terrora məruz qalan bu ziyarətgah artıq çox sayda polis və hərbiçi tərəfindən mühafizə edilirdi. Ziyarətgahın içərisinə daxil doluqda ziyarət ədəblərini yerinə yetirdikdən sonra ziyarətgahın xadimləri bizə partlayıcı qurğuların quraşdırıldığı 4 küncü göstərdilər. Partlayıcı qurğunun gücündən ziyarətgahın tavanı, künbəzi tamamilə dağlmış, zireh adlanan qəbirin dəmirdən ibarət örtüyü isə ciddi zədələnibmiş. Hal hazırda zirehin yerinə taxtaların vurulduğunun şahidi olduq. Yəni mübarək qəbirlər 4 tərəfdən örtülən taxtaların əhatəsində idi. Daha sonra 12-ci imamın qeybə çəkildiyi yerə də daxil olduq. Orada da bombanın təsirlərini müşahidə etdik. İslam dinindən uzaq terrorçuların bu addımlarını hər bir zəvvar və müsafir ürəyində və ya pıçıltılı səslərlə lənətləyirdi. Bundan başqa bəzi ziyarətçilərin ziyarətgahın partladılan künbəzinin hissələrinin təbərrük və tarixi yaddaş üçün götürdüklərini gördük. Gözü yaşlı azərbaycanlı zəvvərlarla birlikdə bu şəhərlə də vidaşaldıq.
KazimeynNövbəti ziyarətimiz isə Bağdat yaxınlığında yerləşən Kazimeyn şəhərinə oldu. İmam Museyi Kazim və İmam Cavad (ə)-ların mübarək qəbirləri olan bu ziyarətgaha da girmək asan olmadı. Ciddi polis axtarışları və qeydiyyatından sonra ziyarətgaha daxil olduq. Dəfələrlə ziyarətgahı partlatmaq istəsələrdə xoşbəxtçilikdən bu terrorların qarşısı alınıb. Burada da ziyarət ədəbləri, İslam Peyğəmbərinin sünnətinə uyğun dua və ziyarət edilərək hotelə döndük. Sübh namazını da burada qıldıqdan sonra gözü yaşlı son ziyarətimizi başa vurduq.
İranın böyük nüfuzuBəli biz İraq pulunu dəyişmək istəsəkdə, bizə yaxın dostlar İraqın hər yerində İran pulunun işlədiyini dedilər. Həqiqətən də İran tüməninin İraqda işlədyini gördük. Bu isə İranın nüfuzundan və İranlıların İraqa ziyarətə gəlməsi ilə əlaqələndirirlər. Düzdür sabiq Səddamçılar İranlılar ilə kobud münasibət göstərsələrdə, ümumi olaraq xalq arasında iranlılara hörmət və məhəbbətin şahidi olduq. Hətta kitab bazarlarında İran İslam İnqilabının banisi İmam Xomeyninin kitablarının ərəb dilinə tərcümə edilmiş və ərəb dilində yazdığı kitablarına da tez-tez rast gəldik. Hətta İslam İnqilabının rəhbərinin Vəliyyi Fəqih kitabını da kitab mağazalarında görə bildik. Ziyarətgahlarda zəvvarların 65 faizinin iranlı olduğu, ziyarətgahlarda iranlıların hesabına təmir işlərinin aparılması iraqlıların iranlılara olan münasibətini qısa zamanda ümumi olaraq dəyişməsinə səbəb olmuşdur.Son olaraq
Diqqətinizə çatdıraq ki, İraqda olduğumuz vaxt əsas problemin İslami vəhdətin olmamasının şahidi olduq. Vəhdətin olmaması səbəbindən hələ də İslam dünyasının böyük parçası olan İraq, ABŞ-nin işğalı altındadır. Bəli bu işğal səbəb olmuşdur ki, şəhərlər xarabalığa çevrilmişdir. Binalarda çox sayda güllə və partlayış izləri, avtomobil qəbiristanlığları (terror zamanı partladılan avtomobillərin yığıldığı yer) hər şəhərdə nəzərə çarpır. 1 milyon qadının dul qalması, milyonlarla uşağın yetim qalması, dilənçilərin çoxluğu, İraqın iqtisadi baxımdan tənəzzülə uğraması, terror aktlarının çox sayda insanın həyatına son qoyması və şikəst qoyması, hamısı ABŞ-nin uğursuz siyasətinin nəticəsi kimi bir daha mənə sübut oldu.
islamazeri.az