اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً
Bugün: 23.02.2012, 1 Rəbiyül-axır 1433

İraqda yenidən terror: 32 nəfər öldürüldü 65 nəfər yaralandı

Yayım Tarixi: 27.01.2012 18:48
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Hələlik terrorun məsuliyyətini boynuna götürən olmayıb.

İslamazeri.az-ın ərəb mənbələrinə istinadən verdiyi xəbərə görə, paytaxt Bağdadda şiələrin sıx olaraq yaşadığı Zaferaniyedəki bir bazar yaxınlığında bomba qoyulmuş avtomobilin partladılması nəticəsində ilkin məlumata görə 32 adam ölüb, 65 adam da yaralanıb.

Terrorçuların avtomobili bir şiənin cənazəsi üçün təşkil edilən karvanın yaxınlığında partlatdığı, əsl hədəfin isə yaxınlardakı polis bölməsi olduğu bildirilir. Ölənlərdən 16-nın, karvanın təhlükəsizliyi təmin edən polislər olduğu xəbər verilir.  

Qeyd edək ki, ABŞ-ın İraqı tərk etməsindən sonra reallaşdırılan ən qanlı terrorlardan biri olan hücumun şahidləri, polisin, şiə kütləyə qarşı ola biləcək bir hücum narahatlığıyla sıx təhlükəsizlik tədbiri almasına baxmayaraq hücuma maneə törədilə bilmədiyini söyləyib. Hələlik terrorun məsuliyyətini boynuna götürən olmayıb.  

Xatırladaq ki, İraqda son bir ay içində reallaşdırılan terror aktlarında 200 adam həyatını itirib. İraqın cənubundakı Bəsrə şəhərində yanvarın 14-də təşkil edilən terror aktında 53 adam ölmüş, 130-dan çox adam yaralanmışdı.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Ferid
28.01.2012 00:57

ALLAH ölenlere Rahmet etsin
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768