اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İri banklar dərəcə fırıldaqlarında ittiham olunur

Yayım Tarixi: 08.02.2012 13:09
İqtisadiyyat
Yazı ölçüsü: büyüt küçült         

haber
Aparıcı Avropa, Amerika və Yaponiya maliyyə təsisatları İsveçrənin hakimiyyət orqanlarının hədəfinə çevriliblər

İslamazeri.az İnternet Qəzetinin "blomberg"ə istinadən verdiyi xəbərə görə, dünyanın iri bankları dərəcə fırıldaqlarında ittiham olunur.
İsveçrə Antiinhisar Komissiyası onları Libor və Tibor dərəcələri ilə fırıldaqlarda, habelə derivativ ticarət razılaşmalarında ittiham edirlər.
İsveçrənin iki aparıcı bankı (UBS və Credit Suisse), habelə 10 əcnəbi bank (Deutshce Bank, Bank of Tokio-Mitsubishi UFJ, Citigroup, HSBC , CP Morgan Chase, Mizuho Financial Group, Rabobank Groep, Royal Bank of Scotland, Societe Generale, Sumitomo Mitsui Banking Corporation) kartel razılaşmalarda, habelə Libor və Tibor dərəcələri ilə fırıldaqlada şübhəli bilinir.

Söhbət özünəməxsus hərracdan gedir. Bu hərracda banklar hansı dərəcə ilə pul borc götürməyi və verməyi özləri müəyyənləşdirirlər.
Belə ki, Londonda səhər saat 11-də banklar Libor dərəcəsinin (maliyyə resurslarının dəyər inqiqatoru. Dünyanın iri bankları London Banklararası Birjasında həmin dərəcə üzrə digər iri banklara kreditlər verməyə hazırdırlar) ölçüsünə görə təkliflər edirlər.
Bu zaman ən yüksək və aşağı təkliflər nəzərə alınmır.

Tokioda Tibor dərəcəsi (Tokio depozit bazarında kreditlər üzrə bank dərəcəsi) oxşar şəkildə müəyyən olunur.
Aydın məsələdir ki, bankların öz aralarında razılığa gəlmələri və dərəcə məlumatları ilə fırıldaq etmələri çətin deyildir.
Üstəlik, Libor və Tibor əsasında bir çox maliyyə məhsulları hesablanır.
Bu yolla təkcə London birjasında ümumi məbləği 350 milyon dollar olan əqdlər bağlanmışdır.

Bundan əlavə məmurlar təxmin edirlər ki, bank alverçiləri spedlər barədə razılığa gələrək, müştərilərə fırıldaq gəlmişlər.
Antiinhisar orqanlarının diqqətini banklardan birinin maliyyə fırıldaqlarını etiraf etməsi cəlb etmişdir.
Lakin bankların fırıldağından təkcə isveçrəlilər şübhələnməyiblər.
Daha əvvəl araşdırmaya ABŞ və Britaniya tənzimləyicələri SEC və FSA başlayıblar.
Ötən ilin oktyabrında onlara Avropa komissiyası qoşulub. Komissiya bir sıra maliyyə təsisatlarının ofislərində axtarış aparıb.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768