Təşkilatın baş katibi İkmaləddin İhsanoğlu bu bəyanatla çıxış edib
İslam Əməkdaşlıq Təşkilatı Suriyaya hərbi müdaxilənin əleyhinə çıxış edir. Avstraliyada Milli Mətbuat Klubunda çıxış edən təşkilatın baş katibi İkmaləddin İhsanoğlu bildirib ki, dünya ictimaiyyəti Suriyada böhranının həlli yolu kimi hərbi müdaxilə variantını istisna etməlidir."Hamı kimi biz də Suriyaya hərbi müdaxilənin əleyhinəyik.
İraqda, Liviyada, Somalidə, Əfqanıstanda nə baş verdiyini bilirik. Bütün bu hərbi müdaxilələr konkret vəziyyəti, münaqişəni həll etməkdən çox vəziyyəti daha da pisləşdirirdi və bu ölkələrin xalqlarına yaxşı heç nə vermədi. Çıxış yolu kimi Suriya hökumətinin müxalifətlə danışıqlar aparması üçün təzyiqləri artırmağı görürəm" - İslam Əməkdaşlıq Təşkilatının baş katibi belə deyib.İkmaləddin İhsanoğlunun fikrincə, Suriyada hakimiyyətin təhvil verilməsi, hazırkı sistemdən demokratik sistemə keçilməsi üçün bundan başqa çıxış yolu yoxdur. \ans\
islamazeri.az