Seymur Abbas
Hələ bir neçə ay əvvəl "İslam-azeri.az", diktatorun devrilməsinin heç də inqilabın qələbəsi olmadığını bildirmişdi.Misirdə diktator Hüsnü Mübarək devrilərkən dünya KİV-i artıq inqilabın qalib gəldiyini və Misirdə diktaturaya son qoyulduğunu xəbər verirdilər.
Lakin Hüsnü Mübarəkin istefasından aylar keçməsinə baxmayaraq Misirdə hələ də diktatura hökm sürməkdədir.
Aktyorların dəyişməsi sadəcə olaraq tamaşanın ssenarisində müəyyən kosmetik dəyişikliklərə səbəb olub. Amma əsas süjet xətti saxlanılmaqdadır.
Belə ki, Hüsnü Mübarək diktaturasını Hərbi Xunta davam etdirir. Bu quruma da feldmarşal M.Təntavi başçılıq edir. O Tantavi ki, həyatı və fəaliyyəti bir az araşdırıldıqda adam az qala onun Misirin, yoxsa ABŞ-ın vətəndaşı və məmuru olduğu arasında tərəddüd edir.
Birdə ki, çox qəribədir, mən onun haqqında yazarkən Ənvər Sədatı xatırlamaya bilmirəm. Görəsən niyə?
Bəlkə də hərəkətlərində ziyadə eynilikdən qaynaqlanır bu.
Bəlkə də "Kemp Devid"-dən. Əlbətdə, axı bu miras, yəni Misirdə hərbçilərin xərclərinin ABŞ tərəfindən ödənilməsi mirası ona Ə. Sədatdan qalıb. (Müəllif bu məqamda düşünür: "Görəsən bu boyda Misirin hərbi xərclərinin ABŞ tərəfindən ödənilməsi müqabilində Ənvər Sədat ABŞ-a nələri qurban vermişdi?" )
Hə, axı yazımı "İslam-azeri.az"-ın bir neçə ay öncəki proqnozu" adlandırmışam.
Elə isə bildirim ki, indi dünyada və ölkəmizdəki kütləvi informasiya vasitələri Misirdə Mübarəkdən sonra indi də hərbi şuranın diktaturanı "qorumağa" çalışdığını bildirirlər. Onlar bildirmələrində olsunlar.
"İslam-azeri.az" İnternet Qəzeti isə hadisələrin bu cür cərəyan edəcəyi proqnozunu hələ Hüsnü Mübərək istefa verdiyi gün vermişdi.
Yəni 11.02.2011 tarixdə.
"Firon devrildi, amma ..." adı ilə çıxan həmin yazı belə idi:
"Firon" devrildi, amma ...Misirin 30 illik diktatoru Hüsnü Mübarək az öncə istefa verməyə məcbur olub.İslam-Azeri.az İnternet Qəzetinin "Al Jazeera"ya istinadən verdiyi xəbərə görə, Misirin vitse-prezident Ömər Süleyman, Hüsnü Mübarəkin istefasını dövlət televiziyasında bəyan edib. O, Mübarəkin istefa verərək dövlətə nəzarəti Misir Silahlı Qüvvələrinə təhvil verdiyini bildirib.Prezidentin istefası Qahirənin mərkəzindəki Təhrir meydanında böyük sevinc, şövqlə qarşılanıb.Mübarəkin istefa verərək səlahiyyətlərini orduya təhvil verməsi, onun hakimiyyətinin əsas təminatçısı olan İsrail rejiminin planı olduğunu bildirir.Belə ki, Sionist İsrail rejimi bu strategiyadan bir neçə dəfə istifadə edib. Buna ən bariz nümunə kimi isə qonşu Türkiyəni göstərmək olar. İşğalçı rejimin strategiyasının qısaca təsnifatı belədir: əgər insanları diktator rejimi ilə idərə etmək artıq mümkünsüz olubsa, o zaman bu diktaturanın səlahiyyətlərini orduya keçirərək xalqı hərbi rejimlə idarə etmək lazımdır. Yox, əgər bu da işə yaramazsa başqa alternativ taktikalarından istifadə edilir. Göründüyü kimi Mübarəkin istefasını hələ inqilabın qələbəsi kimi deyil, birinci mərhələnin keçilməsi kimi dəyərləndirmək daha düzgün olar.
Hazırda "İslamazeri.az" İnternet Qəzetindəki dəyişikliklər, yenilənmələr səbəbi ilə yazının linkini burda qoymaq imkanım olmadı. Amma həmin yazını bir çox başqa saytlar da götürərək yayımlamışdılar. İstəyənlər "Firon" devrildi, amma ... başlığını internetdə axtarıb tapa bilərlər.
P.S. Adı yadımda qalmayan analitiklərdən biri demişdi: "Biz havanı dəyişə bilməsək də, onun necə olacağını təxmin edə bilərik.
MMD İB-nin "Mədəni-Maarif" şöbəsinin müdiriSeymur Abbas
|
|
|
|
|
|
ŞƏRHLƏR |
|
|
|
|
Eziz Neftçalalı
19.12.2011 18:21
|
|
Təşəkkür
Salam Seymur. Halal olsun sene qardaş. |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|