اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İsrail həbsxanasındakı fələstinli fəal istədiyinə nail oldu

Yayım Tarixi: 22.02.2012 12:00
Hadisə
Yazı ölçüsü: büyüt küçült         

haber
İsrailin həbsdən azad etmə vədi müqabilində Xadir Adnana 66 günlük aclıq aksiyasını dayandırdı

İsraildə həbsxanasında saxlanılan fələstinli fəal Xadir Adnan 66-günlük aclıq aksiyasını dayandırıb.
Yaxın Şərqdə böyük dəstək dalğası yaranmasına səbəb olan 33 yaşlı "İslami Cihad" təşkilatının sözçüsü İsrailin fələstinlini azad etmək vədindən sonra belə qərar verib.

Xatırladaq ki, Adnanı heç bir ittiham irəli sürmədən həbsdə saxlayan İsrail tərəfi, aclıq aksiyası edən fəalın ölümünün yeni müqavimət dalğası yaradacağından çəkinərək, Adnanın sağm qalması üçün əlindən gələni edirdi.
İordan çayının Qərb Sahilindən olan fələstinli fəal həbsinə etiraz olaraq dekabr ayının 2-ci yarısından etibarən qida qəbul etməkdən imtina etmişdi.
Aclıq aksiyası Qərb Sahilində minlərlə fələstinlinin dinc yürüşlər və etiraz aksiyaları keçirməsinə yol açmışdı.

Qeyd edək ki, fələstinli fəal hələ birinci dünya müharibəsi dövründə Britaniyanın Fələstindəki mandatında tətbiq olunan qanun əsasında saxlanılır.
Bu qanun hərbi qurumlara şübhəli şəxsi heç bir ittiham irəli sürmədən 6 ay ərzində həbs etməyə və sonradan bu müddəti təkrarən uzatmaq səlahiyyəti verir. İnsan Haqqları müdafiəçiləri və Avropa Birliyi tərəfindən etiraza səbəb olan bu qanun əsasında şübhəli şəxsin məhkəmə araşdırılmaları və məhkəməsi keçirilmir.
/ANS/ 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768