اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İsraildən Türkiyəyə yeni qadağa

Yayım Tarixi: 21.02.2012 13:30
Region
Yazı ölçüsü: büyüt küçült         

haber
İsrailin Müdafiə Nazirliyi Türkiyəyə kəşfiyyat sisteminin satışına dair ixracat lisenziyasını ləğv edib

İsrailin Müdafiə Nazirliyi ölkənin "İAİ" və "Elbit" müdafiə sənayesi şirkətlərinin Türkiyə Hərbi Hava Qüvvələrinə kəşfiyyat sisteminin satışına dair ixracat lisenziyasını ləğv edib. Bu şirkətlər Türkiyənin "F-4" hərbi təyyarələrinə quraşdırılması üçün kamera sistemləri istehsal edirdi.

İsrail tərəfi ilə 2008-ci ildə 165 milyon dollarlıq müqavilə imzalanıb, 2009-cu ildə isə şirkətlərə ilkin ödəniş həyata keçirilib. İsrail tərəfi bu sistemləri 2011-ci ildə təhvil verməli idi. Ancaq daha sonra sistemlərin təhvil verilməsinin 2012-ci ilin aprel ayına qədər təxirə salınması ilə bağlı tərəflər arasında razılıq əldə edildi.

İsrail şirkətləri ixracat lisenziyalarının ləğv edilməsi səbəbi ilə apreldə sistemləri təhvil verməsə, Türkiyə gecikmənin əvəzinin ödənməsini tələb edəcək, daha sonra da beynəlxalq məhkəməyə müraciət olunacaq. \salamnews\
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768