Gələn ildən etibarən hibrid tərəvəz yerli bazarlara çıxarılacaq
Hibrid tərəvəz növlərinin istehsalı ilə məşğul olan İsrail şirkəti qara rəngli pomidor növünü ərsəyə gətirib. “Seeds Technologies” şirkətinin əməkdaşı yeni növ tərəvəzin yabanı pomidorlar, süni şəraitdə becərilmiş pomidorun calağından əmələ gəldiyini bildirib. Qara pomidoru xüsusi edən digər bir keyfiyyət pomidorun tərkibində tərəvəzi daha davamlı edən xüsusi antioksidantların yer almasıdır.
Hələlik şirkət məhdud sayı olan pomidorları dəbdəbəli lyuks otellərə satmaq fikrindədir. Bununla belə şirkət əməkdaşı inanılmaz rəngi ilə böyük maraq doğuran pomidorun gələn ildən etibarən İsrail bazarlarına çıxarılacağına söz verib.
islamazeri.az