Müsahibimiz ilahiyyatçı ruhani Höccətülislam Sadiq Əsgərlidir.
İlk öncə sizi İmam Zaman ağanın mübarək mövludu münasibətilə təbrik edirik.
“100 minlik xahiş” ölkədə dini çevrələr arasında ən çox müzakirə olunan məsələdir. Sizin bu barədə fikirniz necədir?-Bismillah. Məndə bütün İslam dünyasını bu mübarək mövlud münasibətilə təbrik edirəm. Əvvəla 100 min müsəlman xahiş yox tələb edər. Müsəlmanların öz haqqlarını tələb etmələrinin bu həssas mərhələsində bu “xahiş imzası” müsəlmanların və şiə məktəbinin mübarizəsinin bir nəticə vermədiyi və buna görə də öz hədəflərinə xahiş yolunu seçərək yetişmələrinin lazım olduğu mənasını kəsb edir. İndiki imza kampanyasının mənası hicab qadağasını qoyanların müqabilində İslam və müsəlmanların mübarizəsinin bir nəticə vermədiyini deyərək mübarizə edən və həbsdə olan qardaşlarımıza haqsızlıq deməkdir. Bu kampaniya müsəlman bacılarımıza zülm olan hicab qadağasını tətbiq etmək istəyənlərin nüfuzunu təsdiq etməkdir. Hədis və ayələrə əsasən zalımı hər bir sahədə təsdiq etmək haram və zillətdir. İmam Hüseyn (ə) demişkən “heyhat minəzzillə”. İslami hədəflərin zillətlə ələ gəlməsinin haramlığı və bu hədəflərə izzətlə yetişilməsinin vacibliyi dinimizin strateji əsaslarındandır. “...İzzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur...” (Munafiqun-8).
Bu əsasın tarix boyu heç bir şəraitdə pozulmadığına hamımız şahidik. İnşaallah bizlər də məsuliyyətli və uzaq görən müsəlmanlar olaraq bu şəri qanunu hifz etməliyik.
Bəziləri “100 minlik xahiş” irad bildirməyi ixtilaf və fitnə salmaq kimi dəyərləndirirlər. Buna münasibətiniz necədir?-Bu suala cavab olaraq bir məsələyə diqqətinizi çəkmək istərdim. İran İslam Respublikasında hər hansı bir dövlət məmuru islama uyğun olmayan bir bəyanla çıxış etdikdə bir çox İmam cümələr və din alimləri onun bu fikrinin İslama zidd olması barədə onun əleyhinə çıxırlar və bunu ixtilaf yox İslama xidmət hesab edirlər. Bizim cəmiyyətdə də 100-minlik imza barədə deyilən mövqeyimiz ixtilaf məqsədi ilə deyil. Əksinə İslamın həqiqi ruhunu bəyan etməkdir. Beləliklə, bizim bu mövqeyimiz İslamı qorumaq məqsədi ilə atılan bir addımdır. Burada fitnə, ixtilafdan söz açan kəslər fitnə və ixtilafla istiqaməti ayırd edə bilməyənlərdir. Fitnə ilə istiqaməti ayırmaq lazımdır. Bizim bu mövqeyimiz islam övladlarına istiqamət verməkdir. Quran buyurur: “o kəslər ki, rəbbimiz Allahdır deyib və bu sozun üzərində dursalar onlara mələklər nazil olar".
Ümumiyyətlə İslamda say önəmlidir yoxsa keyfiyyət?-Hər şey xalis olmalıdır. İxlaslı 100 mömin ixlassız bir cəmiyyətdən üstündür.
Hətta əlimizdə olan dəqiq məlumatlara əsasən Ayətullah Məkarim Şirazi həzrətlərinin məscid barədə verdiyi müqavimət fətvasını "200-300" nəfəri nəzərə alaraq vermişdi. Bəziləri bəzən cəmiyyətdə bu işi çoxları dəstəkləyir deməklə, bu işin düz olmasını deyə bilərlər. Yəni bu fikiri çoxları dəstəkləyir deyərək kimisə "batil" və ya o işə "haqq" demək səhvdir. Bu cür açıqlamalara Quranla bəraət vermək olmaz. Belə ki, Quran buyurur: “...Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir”. Müqavimət övladları bu ayəni səmimi qəlbdən qəbul etmişlər və məscid hadisələrində xalqa sübut etmişlər. Amma düşünürəm ki, hər bir zillətə səbəb olan addım şiənin müqavimət məktəbinin haqq olmasının növbəti dəfə sübut olunmasının müqabilində atılan addımdır. Allah bizi Haqqı sevən və qoruyanlardan qərar versin.
islamazeri.az