اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

İstiqlal Muzeyi harada tikiləcək?

Yayım Tarixi: 07.08.2011 12:20
Mədəniyyət
Yazı ölçüsü: büyüt küçült         

haber
Prezident bunun üçün vəsait ayırsa da, muzeyin tikiləcəyi yer hələ müəyyənləşməyib

İstiqlal Muzeyi ta qədimdən müasir dövrədək Azərbaycan tarixi və mədəniyyətinin inkişafı yolunu əks etdirməkdə müstəsna rola malikdir.
Təməli hələ 1991-ci ildə qoyulan bu muzey qədimdən müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və azadlığı uğrunda verdiyi qurbanların mübarizə yolunu nümayiş etdirir.
Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatlar da daxil olmaqla, bu muzeydə eksponatların ümumi sayı 20 000-dən çoxdur.
Prezidentin ötən həftə imzaladığı sərəncam da bu muzeyin inkişafına yönəlib.
Belə ki, muzeyin inşası üçün Bakı şəhər İcra Hakimiyyətinə bir milyon manat ayrılıb.
Hazırda muzey mərkəzində yerləşən İstiqlal Muzeyi üçün ayrıca binanın inşası planlaşdırılsa da, tikiləcək yer hələ də müəyyənləşməyib.
Muzey üçün hansı yerin daha münasib olduğunu öyrənmək ücün bir neçə ekspertə müraciət etdik.
Azərbaycan Memarlar İttifaqının birinci katibi Elbay Qasımzadənin sözlərinə görə, İstiqlal Muzeyinin yerləşməsi hər halda Şəhidlər Xiyabanının yaxınlığında və yaxud elə onun ərazisində olması daha yaxşı olar: “Orada ikinci bir yerdə var ki, bu da Bakı anfiteatrının ən yüksək nöqtəsidir. Əbədi məşəl türbəsindən lap yuxarı, telegullənin yaxınlığında, köhnə su ambarları var.
İndi onlar istifadə olunmur. Ola bilər ki, onları bərpa ediblər, Amma bərpa etmiyiblərsə, onun da yeri çox möhtəşəmdir”.
Baş memar deyir ki, burada şəhərin hər bir yerindən görsənən bir nöqtədir.
Memar Yeganə Hacıyeva isə düşünür ki, şəhərin çox sıx olan, binalarla əhatə olunmuş mühitində bu cür içtimai binaların yerləşdirilməsi, yəqin ki, mümkün olmamalıdır: “Bu cür binalar hündürlük əhatəsində olmasın, binalardan azad olsun, insanlar rahat gəlib-getsin.
Təbii ki, gərəklidir ki, burada park zonası da olsun”.

Xatırladaq kı., hələ 2007-ci ildə muzeyin tikilməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyi xarici şirkətlər də daxil olmaqla tender keçirmişdi.
Tenderdə 30 layihənin iştirakına baxmayaraq, qalib müəyyənləşdirilməmişdi.
İkinci tender elan olunsa da, tenderdə iştirak edən olmadı. Muzeyin inşa ediləcəyi yerə gəlincə isə bunun üçün iki yer - Dağüstü və Milli Park nəzərdə tutulurdu.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768