İtaliya höküməti üçün borc faizi çərşənbə günü yenidən rekord səviyyəyə çatıb
İslamazeri.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, beynəlxalq bazarlarda İtaliyanın borc faizi bugün 7 faiz təşkil edib. Son 10 il ərzində İtaliya üçün bu rekord göstərici sayılır. Ötən gün Baş nazir Silvio Berlusconi istefa verəcəyini bəyan edəndən sonra ölkədə siyasi qeyri-müəyyənlik ab-havası hiss olunmaqdadır.Baş naziri Silvio Berlusconi deyib ki, erkən seçkilər keçiriləcəyi halda o namizədliyini irəli sürmək niyyətində olmayacaq.
Parlamentdə 1 gün əvvəl o, büdcə islahatları təsdiqlənəcəyi halda, istefa verməyə hazır olduğunu vəd etmişdi."Büdcə təsdiqlənən kimi istefa verəcəyəm. Parlamentdə çoxluq olmadığına görə, fevralın əvvəlində seçkilərin keçiriləcəyini güman edirəm, və öz namizədliyimi irəli sürmək niyyətində deyiləm".Gözlənildiyinə görə, ayın sonunadək parlament iqtisadiyyatın möhkəmlənməsinə yönələn iqtisadi tədbirlər paketini dəstəkləyə bilər.
Lakin hətta hazırkı böhran səngisə də belə, İtaliya iqtisadiyyatının köklü problemləri qalmaqdadır - iqtisadi artım olduqca zəifdir və borcl 2.9 trln dollar səviyyəsinə çatıb.Bu arada isə Avropa İttifaqı (Aİ) missiyası Romaya yollanıb. Onların qarşısında duran məsələ İtaliyanın borc girdabından çıxış yollarının bir daha nəzərdən keçirməkdir. Aİ bu prosesin monitorinqini aparmaq niyyətindədir.
Avropa İttifaqı narahatdırİqtisadi məsələlər üzrə komissar Olli Rehn bildirib ki, o, müşahidələrin nəticələrini noyabrın sonuna kimi təqdim etməyi düşünür. Onun qənaətincə, İtaliyada yaranmış "vəziyyət" olduqca "narahatedicidir".İnvestorlar Berlusconin getmək vədini alqışladığı zaman Avropa birjalarında çərşənbə günü indekslər artmağa başlayıb.İtaliya birjasında səhər indekslərin orta hesabla 1,38% artımı qeydə alınmıəşdı.
Berlusconin istefa verəcəyi xəbəri beynəlxalq bazarda İtaliya üçün borcgötürmə faizini bundan əvvəl qeydə alınmış rekolrd səviyyədən bir qədər endirib.Borc alma faizi son günlər ərzində xeyli artmışdı, və bu İtaliyanın borc problemi öhdəsindən gələ biləcəyinə şübhələr yaratmışdı.İtaliyanın büdcə kəsiri nisbətən aşağı olsada investorlar narahtdırlar kı, zəif iqtisadi artım və iri həcmli borclar İtaliyanı avrozonanın növbəti böhran yaşayan ölkəsinə çevirə bilər.
Ötən gün Berlusconi parlamentdə çoxluqdan məhrum olduBu arada Aİ İtaliyadakı vəziyyəti ciddi nəzarət etmək niyyətindədir. Aİ Maliyyə nazirlərinin görüşündən sonra ötən gün danışan Aİ komissarı Olli Rehn deyib ki, İtaliyada islahatlar nə qədər tez başlasa o qədər yaxşıdır, çünki "zaman mühüm amilə çevrilir".
Olli Rehn İtaliya və Yunanıstana sərt messaj göndərərək, onlara xəbərdarlıq edib ki, iqtisadiyyat üzərində nəzarəti bərpa etmək üçün siyasətçilər vahid dəstək mövgeyində birləşməlidirlər.
Onun sözlərinə görə, çərşənbə günü Romada işə başlayan monitorinq missiyası "yalnız ilk addımdır". Olli Rehnin təbirincə, Aİ İtaliya iqtisadiyyatını ciddi nəzarətə almaq niyyətindədir.
islamazeri.az