Meyitin vəhşi heyvanlar tərəfindən parçalandığı bildirilir
İtkin düşən Şəki rayon sakininin meyiti tapılıb.Bu barədə APA-ya Şəki Rayon (Şəhər) Polis Şöbəsindən məlumat verilib. İtkin düşən 1972-ci il təvəllüdlü, rayonun Kiş kənd sakini Lütfəliyev Mübariz Nəriman oğlunun meyiti Kiş kəndi ərazisində qarın içərisində tapılıb. Meyitin vəhşi heyvanlar tərəfindən parçalandığı bildirilir. Mübariz Lütfullayevin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Faktla bağlı Şəki şəhər Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, Mübariz Lütvəliyev yanvarın 27-də günorta saatlarında kəndin ərazisində fəaliyyət göstərən yeməkxanadan çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb.
islamazeri.az