اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Şadlıq evində qumarxana aşkarlandı- Kriminal xəbərlər

Yayım Tarixi: 11.02.2012 12:52
Kriminal
Yazı ölçüsü: büyüt küçült         

haber
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb

İslamazeri.az həmin xəbərləri təqdim edir: 

Bakı Şəhər BPİ Cinayət-Axtarış İdarəsi, İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları fevralın 9-da 6-cı mikrorayon S.Məmmədov küçəsində yerləşən “Ümid” şadlıq evində Sumqayıt şəhər sakinləri Allahverdi Allahverdiyevin və qardaşı Eldənizin qumar oyunları təşkil etməsini aşkar ediblər. 

Nəsimi RPİ CAŞ və PPXB-nin əməkdaşları Gəncə şəhər sakini əvvəllər məhkum olunmuş Rövşən İsmayılovdan 1 qramdan artıq narkotik vasitə olan heroin aşkar ediblər. R.İsmayılovun ətrafında keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, o, fevralın 9-da 235 saylı xətt avtobusunda Bakı şəhər sakini Surəyya Mustafayevanın mobil telefonunu oğurlayıb. 

Yasamal RPİ NMB-in əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamal İmamquliyevdən 480 qram narkotik vasitə olan marixuana aşkar edilib. 

Fevralın 5-də Bilgəh qəsəbəsində naməlum şəxslər Namaz Cəlilovun taksi kimi idarə etdiyi «Opel» markalı avtomobilə əyləşib bıçaqla hədə-qorxu gələrək pulunu və mobil telefonunu alıblar. Sabunçu RPİ 14-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 181-ci (quldurluq) maddəsi ilə axtarışda olunlar Şahin Məmmədov və Rövşən Rəşidov fevralın 10-da yaxalanıblar.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768