''Hallo'' və ''Tschüss''(salam və sağol) sözlərinin yerinə "Grüss Gott" və "Auf Wiedersehen"(Tanrının salamı ilə və Yenidən görüşmək ümidi ilə)
İslamazeri.az İnternet Qəzetinin "Bild"-ə istinadən verdiyi xəbərə görə, Almaniyadakı məktəblərin birində maraqlı hadisə yaşanmaqdadır.
Beləki, Bavaria əyalətinin Passau şəhərindəki məktəblərdən birinin rəhbərliyi, həm əyalətdə danışılan yerli aksentin qorunmasının, həm də şagirdlərin daha nəzakətli olmalarının vacibliyini əsas gətirərək ''Hallo/salam və Tschüss/sağol'' sözlərini qadağan edib.
Sent Nikola məktəbinin girişinə asılan lövhədəki yazıda, artıq hər zaman ''Grüss Gott/Tanrının salamı ilə" və "Auf Wiedersehen/Yenidən görüşmək ümidi ilə'' ibarələrinin işlədiləcəyi bildirilib.
Bavariya əyalətinin şagird dərnəkləri birliyinin sözcüsü Martin Zelenka, şagirdlərin də məktəb rəhbərliyinin bu mütərəqqi maarifləndirmə addımını ciddi şəkildə bəyəndiklərini deyib.
islamazeri.az