Alimlər təklif edilən sistem haqqında daha ətraflı "Information Sciences" jurnalının yeni nömrəsində danışmaq niyyətindədirlər
İslamazeri.az-ın "İCT"-ə istinadən verdiyi xəbərə görə, Tayvan mühəndisləri və proqramçıları bu və ya digər hesablama sistemlərində istifadəçilərin autentifikasiyası proseduruna yenidən baxmağı təklif edirlər.
Bunun üçün əvvəlcə şifrələr, sonra smart-kartlar, daha sonra biometrik sistemlər tətbiq olunub. Hazırda isə şifrə kimi istifadəçinin ürəyindən, daha dəqiq ürək ritmindən istifadə etmək təklif edilir.
Tayvanın Çjunsin şəhərində yerləşən Milli universitetin mühəndisi Çun-Lyan Lin bildirib ki, hər bir insan ürəyinin ritmi – bu, bir növ unikal identifikatordur.
Çünki tamamilə oxşar fəaliyyət göstərən iki ürək əzələsi yoxdur. Səs, yığılma tempi, klapan və miokardın iş xüsusiyyətləri – bütün bunlar bu və ya digər insana aid unikal identifikatordur.
Alimlər təklif edilən sistem haqqında daha ətraflı "Information Sciences" jurnalının yeni nömrəsində danışmaq niyyətindədirlər.
islamazeri.az