اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Əfqanıstanda nümayişçilərə atəş açıldı

Yayım Tarixi: 22.02.2012 15:49
Dünya
Yazı ölçüsü: büyüt küçült         

haber
Etiraz aksiyaları Kabil, Pərvan və Cəlalabadda keçirilir

Əfqan polisi ABŞ qüvvələrinə məxsus Bəqram aviabazasında Quranın və İslam dininə məxsus digər materialların yandırılmasına etiraz olaraq ikinci gündür davam edən anti-amerika nümayişlərini dağıtmaq üçün atəş açıb. Azı 4 nəfərin öldüyü, 20 nəfərin xəsarət aldığı bildirilir. Ölənlərdən 1-i Kabil, 1-i Cəlalabad, 2-i isə Pərvan regionunun sakinidir . 

Kabildə polis əcnəbi nümayəndələrin qaldığı qərargahın və ABŞ bazası qarşısında toplaşan izdihamı dağıtmaq üçün havaya atəş açmalı olub. "Amerikaya ölüm!" şüarını səsləndirən etirazçılar kompleksi daş-qalaq ediblər. Cəlalabadda isə nümayişçilər şəhəri paytaxt Kabillə birləşdirən əsas yolda yanacaq avtomobilini yandırıblar. 

Qeyd edək ki, Əfqanıstandakı NATO qüvvələrinin amerikalı komandanı general Con Alen xarici qüvvələrin Quranın nüsxələrini yandırması ilə bağlı insidentə görə ötən gün üzr istəyib. Con Alen amerikalı rəsmilərin bu insidentlə bağlı hərtərəfli araşdırmanın aparılacağını vəd edib. \ans\     
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768