Musayev Gülbala Adil oğlu (Gülbala Dadaş), 23 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olubdur.
Orta təhsillidir. Subaydır. Yaradıcılığa 2002-ci ildən başlayıb. Şeir-qəzəl aləmində Gülbala Dadaş imzası ilə yazır. Bir neçə ədəbi məclisin üzvüdür.
Şeir-qəzəl yazma hissi sizə haradan qaynaqlanıb?
Mənə əmimnən. Mənim əmim şair olmasada şeirə-qəzələ çox böyük üstünlük verən şəxslərdən olubdur. Evdə daimi olaraq klassiklərimizin şeirlərini oxuya-oxuya böyümüşəm.
Yaradıcılığınızda Əhli-Beyti daha çox tərənnüm etdirməyiniz nədən irəli gəlir? Bilirsiz, bu təbii olan bir şeydir. Kimə məhəbbətin çox olacaqsa ondan yazmaqda sənə daha asan və daha əziz gələcəkdir. Mən açıq etiraf edirəm ki, ilk əvvəl yazdığım şeirlər dini mövzularda olmayıbdır. Sonradan mən dini mövzularda yazmağa başlamışam və düşünürəm uğurludur.
Hər hansı ədəbi məclisin üzvüsünüzmü? Bəli. “Vahid” Poeziya evinin, “Şəms” məclisinin o cümlədən “Füzuli” söz məclisinin üzvüyəm. Məclislər şairə çox şeyi öyrədir. İndi əsasən “Füzuli” söz məclisində daha çox iştirak edirəm. Sağolsun Hacı Səyyarın rəhbərliyi altında bildiklərimizi paylaşır bilmədiklərimizi öyrənirik.
Müsabiqələrdə iştirak etmisinizmi? Azərbaycanda o cümlədən qonşu İran İslam Respublikasında keçirilən müsabiqələrdə iştirak etmişəm. İranda keçirilən müsabiqədə Azərbaycanı məndən savayı bir neçə dəyərli şairlərimiz təmsil edirdilər. Oradan mükafatla vətənə dönmüşəm.
Təşəkkür edirik Gülbala bəy! Sizə işlərinizə müvəffəqiyyətlə arzu edirəm.
Müsahibənin sonunda sizlərə Gülbala Dadaşın bir qəzəlini təqdim edirik:
Saqiya gəl süz ölüm şərbətini saqərimə,Ki, içib şövq ilə ondan qovuşum dilbərimə.
Durmuşam bir neçə qurbani ilə gözdüyürəm,
Məndə qurban eləməkçün canımı sərvərimə.
Elə bir şahə qulam yoxdu onun misli könül,
Bənzəməz kimsə bu aləmdə mənim rəhbərimə.
Neçə aslan kürəyin vurdu yerə cəngidə O,
Bu səbəbdən deyilir Şiri Xuda Heydərimə.
Yüz yerə parçalanıbdır qorumaqçün məni dil,
Həsrətin gəlsə belə neyləyəcək ləşkərimə.
Sevirəm canı könüldən oların sevdiyini,
Mən dönük çıxmamışam Tanrıma, Peyğəmbərimə.
Dadaşın kimsə maraqlansa həyatilə əgər,
Yazmışam yazdığımı baxsın ömr dəftərimə.
islamazeri.az