Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi və "İnsani Yardım Kampaniyası"nın birlikdə keçirdiyi “Qurbanlıq” kampaniyası təntənəli şəkildə keçib.
İslam-Azeri.az İnternet Qəzetinin verdiyi məlumata görə, kampaniyada iştirak edən şəxslərin qurbanlıqlarının böyük hissəsi artıq imkansız ailələrə paylanılıb.
Qeyd edək ki, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyi və "İnsani Yardım Kampaniyası"nın birinci addımı uğurlu alınıb.
Belə ki, bu kampaniyanın səyi nəticəsində 320 imkansız ailəyə hər birinə 1,5 və 2 kq qurbanlıq ət hədiyyə edilib.
Hədiyyələrin yanında Qurbanlıq haqqında buklet və təbriknamə də olub.
“Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin mətbuat xidmətindən bildirilib ki, gələcək illərdə daha çox insanlara əl tutulması məqsədilə geniş kampaniyaların keçirilməsi nəzərdə tutulub.
Tədbirlə bağlı geniş məlumat və video xəbər sabah saytın izləyicilərinə təqdim ediləcək.
Xatırladaq ki, 10 gün əvvəl "Qurbanlıqlarınızı imkansızlara çatdırırıq" adı ilə saytımızda elan verilmiş, ardıcıl olaraq bu haqda xəbərlərimizdə imkanlılara müraciətlər edilmişdi.
İslam-Azeri.az İnternet Qəzetinin müxbiri bu kampaniyada xüsusi videoreportaj hazırlayıb.
VİDEOREPORTAJa baxmaq üçün bura daxil olun.
islamazeri.az