Üz-gözünü sarımış, əlindən tutduğu 5-6 yaşlarındakı qızı və bətnindəki körpəsi üçün çörəkpulu qazanmaqdan ötrü hər işə razı olan qadını görəndə ...
"Qul bazarı" bəzən pis səslənməsin deyə yumşaldıb "Əmək birjası" da deyirlər .
Bakıda belə bazrların sayı-hesabı yoxdur .
Əvvələr ancaq bağ masivlərinə gedən yolarda toplaşardı bu insanlar (qullar ).
İndi mərkəzdədə belə "bazarlar" baş alıb gedir.
Məmurların dediyi kimi "iqdisadi sıçraışlar" edən, avropalaşan anaoqsuz ölkədə bu bazarları kimsə görmək istəmir və ya görməməzliyə vurur.
Belə bazarları görəndə məhşur "O olmasın, bu olsun" filmi yada düşür. O filmdəki hambaldan indi çoxdur bu məmləkətdə.
Ən acınacaqlısı isə hətta "qadın qul bazarları"nın belə vaqe olmasıdır, özüdə əksəriyyətinin müsəlman olduğu məmləkətdə.
Körpünün altında tanınmamaq üçün üz-gözünü sarımış, əlindən tutduğu 5-6 yaşlarındakı qızı və bətnindəki körpəsi üçün bir günlük çörəkpulu qazanmaqdan ötrü hər işə razı olan qadını görəndə isə ...
Hansı söz tapasanki bunu ifadə etmək üçün, bu artıq sözün bitdiyi andır...
Oturmuş palanın üstündə hambal,
Dərin fikirlərə qərq olmuş yazıq.
Dincəlmək istəyir o da azacıq.Şahların qızdığı qorxunc bir zaman
Atıb külfətini gəlmiş rayondan;
Bir çörək puludur onun arzusu,
Bulanmış hambalın gözlərində su.Alının qatları qırış-qırışdır,
Onun gözlərində bahar da qışdır.
Bükülmüş belinin donqarı vardır
Onun barmaqları qabar-qabardır...
P.S. Doğrudanmı bu məmləkətdə hamı "Həsən ağa" ya borcludur ?
islamazeri.az