اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Əl-Mizan” təfsirinin 2-ci cildi artıq satışda”

Yayım Tarixi: 03.09.2011 18:20
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
Əl-Mizan” təfsirinin 2-ci cildi sabahdan dini dükanlarda satışa çıxarılır.

Mübarək Ramazan ayında doğma dilimizə çap olunan böyük din alimi Əllamə Seyid Məhəmmədhüseyn Təbatəbainin müəllifi olduğu “Əl-Mizan” təfsirinin 2-cildi satışa çıxarılacaqdır.

“Təkamül” tərcümə mərkəzinin və “Qələm” nəşriyyatının birgə işi olan bu layihə ölkə kitabsevərləri tərəfindən geniş rəğbətlə qarşılanıbdır. Xəbər verdikdən sonra Birlik.az saytının elektron ünvanına kitabla bağlı çoxsaylı oxucu məktubu daxil olmağa başladı. Qeyd edilən tarixdə kitab satışa çıxmayanda isə bu məktublar daha da intensivləşdi. Biz də bu naraharçılığı nəzərə alaraq “Qələm” nəşriyyatının rəhbəri Hacı Yusif Bağırovla əlaqə saxlayaraq suallarımızı cavablandırmamızı xahiş etdik.

Hacı, bizə göndərilən elektron məktubları nəzərə alaraq oxucular adından sizdən soruşmaq istərdik ki, kitabın 2-ci cildi nə vaxtdan satışda olacaqdır?

Allahın böyük lütfü və inayəti nəticəsində, inşallah sabahdan, yəni 4 sentyabrdan “Əl-Mizan” təfsirinin 2-ci cildi satışda olacaq.

Kitabın satışa çıxmasında gecikmə nə ilə əlaqədar oldu?

Biz kitabın Ramazan ayının ilk günlərində çapa verilməsini nəzərdə tutmuşduq. Lakin kitab tam çapa hazır olduqdan sonra sonuncu baxış mərhələsində Təkamül tərcümə elmi-araşdırmalar mərkəzinin redaktorları tərəfindən bəzi səhvlər, o cümlədən, kiçik orfaqrafik səhvlər aşkarlandı və düzəliş üçün çapı təxirə düşdü.

Kitabın topdan və pərakəndə satış qiyməti neçəyədir?

Və birbaşa olaraq satışı və yayımını nəşriyyatınız özü həyata keçirirmi?Əziz oxucularımız kitabın satış qiyməti ilə bütün dini və kitab mağazalarından maraqlana bilərlər.

İkinci sualınıza gəldikdə isə qeyd etmək istərdim ki, kitabın yayımını bilavasitə «Məsumə» kitab mağazası həyata keçirir və onun vasitəsilə bütün mağazalar bu kitabla təmin olunacaq.

Növbəti üçüncü cildin çapı barədə nə deyə bilərsiniz?

“Əl-Mizan “təfsirinin 3-cü cildinin tərcüməsi bitib və hal-hazırda Təkamül tərcümə və elmi araşdırmalar mərkəzinin redaktorları tərəfindən redaktə olunur. Ümid edirik ki, yaxın gələcəkdə 3-cü cild də inşallah işıq üzü görəcəkdir. Sonda bir daha 2-ci cildin gecikməsi ilə əlaqədar bütün dəyərli oxuculardan üzr istəyirəm.Qeyd edək ki, «Əl-Mizan» təfsiri 20 cilddən ibarətdir və bu kitab artıq bir neçə dilə tərcümə olunmuş, dilimizə isə bu şərəfli təfsirin tərcümə və çap işlərini Təkamül tərcümə elmi-araşdırmalar mərkəzi və Qələm nəşriyyatı həyata keçirir. Kitabın təyinatı elmi təqdiqatçılar üçün olsa da, ümumilikdə kitabdan geniş oxucu kütləsi də bəhrələnə biləcək. Artıq əldə etdiyimiz məlumata görə Əl-Mizan təfsirinin 5 cildi doğma dilimizə tərcümə edilib və yaxın gələcəkdə kitabın bütün cildləri tərcümə edilərək çap olunacaqdır. Redaksiyamız adından kitabsevərlərə «Əl-Mizan» təfsirini əldə edib oxumalarını tövsiyə edirik və bu dəyərli layihəni həyata keçirən hər iki mərkəzə oxucular və redaksiyamız adından öz təşəkkürümüzü bildiririk. /Birlik.az/
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768