اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Ərəb inqilabları” Azərbaycanda əks effekt verir

Yayım Tarixi: 14.02.2012 13:25
Siyasət
Yazı ölçüsü: büyüt küçült         

haber
Ərəb inqilablarının ilk ildönümü Azərbaycanda dəyişiklik və islahat ümidlərinin sönməsilə müşayiət olunur

Bunu Vaşinqtondakı Woodrow Wilson Mərkəzində Azərbaycanın 20 illik müstəqilliyi mövzusunda keçirilən forumda siyasi təhlilçi Hikmət Hacızadə bəyan edib.


İslamazeri.az-ın BBC-ə istinadən verdiyi xəbərə görə, Hikmət Hacızadə forumda belə çıxış edib: “Bakıda rəsmilər “Ərəb baharı”nın əvvəlində verdikləri vədləri qısa müddətdə unutdular. Hakimiyyət daha özünü ötən il olduğu kimi “təqsirli” hesab etmir, əksinə indi rəqiblərinə nəzarəti daha da gücləndirib, korrupsiya, vergi və digər sahələrdə pozuntu adı ilə vətəndaş cəmiyyətinə təzyiqlərini artırıb. Təəssüf ki, bu qədər təbii zənginlik içərisində olan bir dövlətdə demokratiya heç zaman inkişaf etmir. Hazırda ölkə iqtisadiyyatının 98 faiz neftdən asılıdır, bu səbəbdəndir ki, böyük pul axınına baxmayaraq, əhalinin 2 milyona qədəri iş arxasınca xaricə üz tutub. Qeyri-azad iqtisadiyyat və korrupsiyanın səviyyəsi ilə Azərbaycan artıq Afrika ölkələri ilə bərabər tutulur. Varlandıqca sıralarını məhdudlaşdıran hakimiyyət rəsmiləri isə büdcə gəlirlərinə maksimum nəzarət edirlər. Biznes maraqları məmurların hətta öz yaxın ətrafları ilə münasibətində “hakimi-qüvvədir”. Prinsip sadədir. Biz istəyirik ki, siz varlanıb bizim avtomobillərimizi alasınız. Azərbaycan Sovet üsul-üdarəsindən uzaqlaşsa da, əslində ondan tam imtina etməyib. Düzdür, insanlara öz mətbəxlərində danışmaq azadlığı verilib, ancaq ümumilikdə ölkədə SSRİ qaydaları hökm sürür. Hazırkı hakimiyyət “yaxşı və pis rəqiblər arasında seçim etmək istəmir, o, hamını inkar edir və yalnız bir rəqibi var – düşmən. Heydən Əliyevin yaratdığı ağıllı avtoritarizm modeli artıq Azərbaycanda daha işləmir. Hazırda ölkə boyunca onlarla siyasi məhbus və 200-dən artıq dini mötivdə həbs edilmiş şəxslər var. Demokratik islahatların yubanması Azərbaycanda Qərbə bəslənən etimadı da azaldıb. Hazırda ölkə əhalisinin yalnız 5,4 faizi ABŞ-ı özlərinə dost sayır, 10,7 faizi isə İslam dövlətlərini”.
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768